İraolanın xələfinin kimliyi müəyyənləşdi

21.04.2026 19:31 31
Dünya futbolu
“Bornmut”u yayda tərk edəcək Andoni İraolanın xələfinin kimliyi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı baş məşqçinin yerin Marko Roze tutacaq. Alman mütəxəssis İngiltərə klubu ilə üçillik müddətə anlaşıb.

Rozenin sonuncu iş yeri ötən ilin martında ayrıldığı “Leyptsiq” olub. 49 yaşlı mütəxəssis İngiltərədə ilk dəfə işləmək şansı qazanıb.