• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tahir Süleymanov: “VAR otağı Minsk qrupuna çevrilmişdi, digər həmsədrlər çatışmırdı”

Manşet / Avropa Liqası

10-09-2022, 23:0

İki gün öncə Avroliqanın qrup oyunları start götürdü.

Yeganə təmsilçimiz "Qarabağ" "Frayburq"un qonağı oldu. Bu matçda ədaləti Erix Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası qoruyurdu. Lakin belçikalı referi heç də ədalətli olmadı...

5-ci dəqiqədə Toral Bayramovun rəqib futbolçuyla toqquşmasını qayda pozuntusu kimi qiymətləndirərək qapımıza penalti təyin etdi. Rəqib futbolçu Ritsu Doana 60-cı dəqiqədə elə həmin Torala qarşı qayda pozuntusuna görə 2-ci sarı vərəqəni göstərmədi. 81-ci dəqiqədə Abdulla Zubirə qarşı aşkar kobudluğa görə penalti təyin etməməsi isə baş hakimin ən “yaddaqalan” qərarıdı.

Daimi ekspertlərimizdən Tahir Süleymanov da belçikalının səhvlərə yol verdiyini vurğuladı:

“Bu qarşılaşma çox müzakirə olunacaq. İstər komandaların sərgilədiyi oyun planında, istərsə də hakim idarəçiliyi baxımından. İlk 15 dəqiqədə güclü rəqibin və tribunaların təzyiqi "Qarabağ"da həyəcan yaratmışdı. 5-ci dəqiqədə meydanda olan 22 futbolçunun və azarkeşlərin gözləmədiyi penalti qərarı görüşün axarına təsir etdi. "Fraybuq"lu futbolçu zədələnməsəydi, epizodun üstündən keçilə bilərdi. Cərimə meydançasında buna oxşar mübarizə anları çox yaşanır. Həkimlərin meydana çıxması, matçda yaranan təbii fasilə VAR otağı üçün göydəndüşmə oldu. İlk anda obyektivlik nümunəsi kimi görünən qərar qarşılaşmanın sonlarında yaşananlarla üst-üstə düşmədi. "Qarabağ" şokdan ayılıb qol vurandan sonra matçda vəziyyət dəyişdi. Referi üçün oyunu idarə etmək çətin olmamalıydı. Çünki komandalar, futbolçular bir-birinə hörmətlə yanaşır, ikili mübarizələrdə həddi aşmırdılar. Ayağa açıq zərbələr, mübahisələr, demək olar ki, yaşanmırdı. Ən pis halda rəqiblər bir-birini əllə tutub saxlayırdı. İkinci hissədə oyunda gərginliyi, mübahisələri, etirazları yaradan hakimlər briqadası oldu. Ağdamlılar məğlubiyyətlə barışmadığını göstərdikcə, hakimlərin niyyəti üzə çıxmağa başladı. Xırda follar, aut epizodunda yerli komandaya dəstək artıq kifayət etmirdi. "Frayburq"lu müdafiəçinin cərimə meydançasının kənarında, "Qarabağ"ın təhlükəli hücumu zamanı topu bilərəkdən əllə saxlamasını bağışladı. Müasir futbolda sarı vərəqə adi hal kimi görünə bilər. Müdafiəçinin rəsmi xəbərdarlıq alması növbəti dəqiqələrdə ehtiyatlı davranmasını şərtləndirir, ikili mübarizələrdə rəqib üstünlük qazanır. Doanın futbolçumuzu açıq-aşkar əllə tutub saxlaması da ikinci sarı və qırmızı vərəqə ola bilərdi. Belçikalı referi qeyd olunanları "görmürdü". Bütün bunlara baxmayaraq, "Qarabağ" oyundan qopmur, rəqibdən, dolu tribunalardan çəkinmir, məğlubiyyətlə razılaşmayaraq hücumları davam etdirirdi. Matçın kuliminasiya nöqtəsi Zubirin penalti epizodu oldu. Bu məqam çox müzakirə olunur, fərqli fikirlər səsləndirilir. Epizodun detallı izahına ehtiyac var. Futbolda top uğrunda mübarizədə bərabər halda çiyin-çiyinə, bir daha xüsusi vurğulayıram, topa yönələn bərabər çiyin mübarizəsinə icazə verilir. Bunu ayırd etmək baş hakimin vəzifə, idarəçilik borcudu. Ötürmədən sonra Zubir 100 faiz topa nəzarət edirdi. Rəqib futbolçular epizodun başlanğıcından etibarən onunla top uğrunda mübarizədə iştirak etmirdilər, mövqe səhvinə yol vermişdilər. Cərimə meydançasında işlək sağ ayağı ilə zərbə vurmağa hazırlaşarkən, rəqib futbolçu özünü top uğrunda mübarizəyə yox, son anda Zubirə çatdırdı. Futbolçumuz zərbə anında topu mükəmməl qoruyurdu və rəqibin sol tərəfdən topa çatması, qaydalar çərçivəsində mübarizəyə qoşulması mümkünsüz idi. Ancaq öndən və ya sağ tərəfdən top Zubirdən alına, zərbənin qarşısı kəsilə, mane oluna bilərdi. "Frayburq"lu futbolçu bunu gözəl anlayırdı və düşüncəsi nəyin bahasına olur-olsun, zərbəyə mane olmaq idi. Rəqib üçün topa müdaxilə, ən azı Zubirlə bərabər istiqamət alaraq çiyin-çiyinə hərəkəti mümkünsüz idi. Futbolçu sağ qolu ilə onu tam arxa yox, arxa-sol tərəfindən açıq-aşkar itələdi. Zubirin sol qolu və çiyni öndə idi, "çirkli" də olsa, hansısa çiyin-çiyinə mübarizə baş verməmişdi. Rəqibin hərəkəti, niyyəti Zubiri istənilən yolla qapıya zərbə vurmaqdan məhrum etmək idi. Bu penalti epizoduna görə VAR-a ehtiyac da yoxdu. Çox sadə və açıq epizoddu. Referi dərhal qayda pozuntusu qeydə almalıydı.
Niyə penalti verilmədi? Hakim səhvi yox, ümumi briqadanın oyuna, rəqiblərə öncədən birgə yanaşması, düşüncəsi idi. Matçın ilk dəqiqələrində qarışıqlıq zamanı VAR otağı mikroskopla heç kimin gözləmədiyi penaltini axtarıb tapırsa, Zubirin epizodunda belçikalıya məsləhət belə görülmür ki, "epizoda bir daha özün bax". Referi-VAR otağı "sinxronluğu” gözdən pərdə asmaq, baş hakimə qərarında dəstək niyyəti güdürdü. Fasilədən sonra hakimlərin görünən qədər "Frayburq"a simpatiyası böyük Almaniya futbolunun Azərbaycan qarşısında xal itirməsinə yol verməzdi. Avropanın rəsmi mərkəzi Brüsselin nümayəndəsi ilə VAR otağı Minsk qrupuna çevrilmişdi, digər həmsədrlər çatışmırdı. Nə qədər deyilsə ki, idman siyasətdən uzaqdı, hər dəfə əksi baş verir. Azərbaycanın "Qarabağ"ı səfərdə, bundesliqanın lideri qarşısında, “haqsızlıqlara baxmayaraq, ərazi üstünlüyünə sahib olaraq öz ərazimizi özümüz müəyyənləşdiririk” mesajını bir daha bütün Avropaya çatdırdı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

13-08-2022, 15:0

Tahir Süleymanov "Rapid" - "Neftçi" matçını idarə edən hakimin qüsurlarını sadaladı - AÇIQLAMA

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə