İtaliyalı Yannik Sinner kişi tennisçilər üçün tərtib olunan ATP reytinqində 1-ci pilləyə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, o, bazar günü Monte-Karloda keçirilən “Masters” seriyalı turnirin finalında ispaniyalı Karlos Alkarasa qalib gəlib -
7:6 (7:5), 6:3. Sinner 2025-in noyabrınndan bəri ilk dəfə zivəyə qayıdıb Alkaras isə 2-ci pilləyə enib. İlk “10-luq”da müəyyən yerdəyişmələr olsa da, burda yeni ad yoxdu.
Qadınların reytinqində ilk “10-luq”da yeganə dəyişiklik 9-10-cu pillələrdəki yerdəyişmədi. Bazar günü Avstriyanın Lints şəhərində keçirilən WTA 500 kateqoriyalı turnirin finalında bu ölkənin təmsilçisi Anastasiya Potapovanı məğlub edən (1:6, 6:4, 6:3) rusiyalı Mirra Andreyeva kanadalı Viktoriya Mbokonu 9-cu pillədən sıxışdırıb. Reytinqin ilk üç pilləsində isə yenə də Arina Sobolenko, Yelena Rıbakina və Kori Qauff qərarlaşıb.
ATP reytinqi
1 (2*). Yannik Sinner (İtaliya) 13350
2 (1). Karlos Alkaras (İspaniya) 13240
3 (3). Aleksandr Zverev (Almaniya) 5555
4 (4). Novak Cokoviç (Serbiya) 4710
5 (7). Feliks Oje-Alyassim (Kanada) 4100
6 (8). Ben Şelton (ABŞ) 3900
7 (6). Aleks de Minaur (Avstraliya) 3895
8 (9). Teylor Frits (ABŞ) 3870
9 (5). Lorentso Muzetti (İtaliya) 3625
10 (10). Daniil Medvedev (Rusiya) 3560
WTA reytinqi
1 (1). Arina Sobolenko (Belarus) 11025
2 (2). Yelena Rıbakina (Qazaxıstan) 8108
3 (3). Kori Qauff (ABŞ) 7278
4 (4). İqa Sventek (Polşa) 7263
5 (5). Cessika Pequla (ABŞ) 6243
6 (6). Amanda Anisimova (ABŞ) 5995
7 (7). Elina Svitolina (Ukrayna) 3965
8 (8). Yasmin Paolini (İtaliya) 3907
9 (10). Mirra Andreyeva (Rusiya) 3611
10 (9). Viktoriya Mboko (Kanada) 3531
* - əvvəlki reytqinqdə yerini göstərir.