Cəlal Bolqarıstan “Arda”sında debüt edib

24.06.2023 14:54 222
---
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstan “Arda”sında debüt edib.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı müdafiəçi “Maritsa”ya qarşı yoldaşlıq oyununda meydana çıxıb. Hüseynov matça start heyətdə başlayıb.

Qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Hüseynov Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.