• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı

Aktual / Müsahibə

21-04-2026, 11:0

2-ci liqada mübarizə aparan, ilk üç turda bütün oyunlarda böyük hesabla uduzan, ümumilikdə 10 qol buraxan “Dinamo”nun hətta bu liqada yerini qoruya bilməyəcəyini düşünənlər də var idi. Həmin vaxt klubun prezidenti Yaşar Seyidovla da danışmışdıq. O, fors-major olduğunu, futbolçuların təcrübə çatışmazlığı yaşadıqlarını, mövsümün gedişatında nəticələri düzəldəcəklərini demişdi. Yaşar bəy arxayın şəkildə 2-ci liqada qalacaqlarını iddia edirdi. Bu baş verdi. Amma uğur ikiqat oldu. Belə ki, “Dinamo” ilk “6-lığ”a düşə bildi.

Bu haqda təcrübəli futbol adamı ilə kiçik söhbətimiz oldu.

- Mövsümün əvvəlində komanda 4 oyundan sonra 1 xalla aşkar autsayder idi. Amma arxayıncasına 2-ci liqada qalacağınızı deyirdiz, belə də oldu. Bu əminlik hardan idi? 
- Çempionatın başlamasına iki gün qalmış 9 futbolçu komandadan ayrıldı. Vaxt lazımdı idi ki, toparlanaq. Gənclərin və təcrübəlilərin vəhdəti ilə çətin də olsa, komanda formalaşdırdıq. Maliyyə çətinliyinə baxmayaraq, istədiyimizi etdik. Daha yüksək pillələri haqq edirdik. Aparıcı oyunçularımızın getməsinə görə yaxşı başlamamışdıq. Aşağı yaş komandaların futbolçularını cəlb etdik, onlar da özlərini göstərdilər.

- Və sonda ilk “altılığ”a da düşdüz. Belə hədəfiniz var idi?
- Sözün açığı, yox. İnanırdıq ki, tanınmayan futboçuları da həmişəki kimi ölkə futboluna qazandıracağıq. Belə də oldu. Onlar da təcrübəlilərlə vəhdət qurub, 6-cı olmağı bacardılar.

- Komanda qışdan sonra vacib qələbələr qazandı. “Şəki”nin də qeyri-sabit nəticələr göstərməsi son turlarda 6-cı olacağınız təəssüratını yaratmışdı. Heç olmasa, son turlarda futbolçuların qarşısına belə hədəf qoymuşduz?
- Qışdan sonra keçirdiyimiz 8 oyunun ilk altısında ardıcıl qələbələr qazandıq. Son iki oyunda liderlərlə matçda xal itirdik. Qələbələr olduqca inam da artır. Futbolçuların birliyi qələbələrin gəlməsinə rol oynadı. Düzdü, rəqiblər də qeyri-sabit oldu. Amma uşaqların haqqına girmək istəmirəm. “Quba”, “Şirvan” kimi komandalara qalib gəldik. Futbolçuların, məşqçilərin işini yaddan çıxarmaq olmaz.

- Son qarşılaşmalarda protokolda baş məşqçi kimi İbrahim Uzuncanın adı yazılır. “Bakı”da onunla işbirliyiniz olub. İndi də bunun davam etdiyini deyə bilərik?
- İbrahim Uzunca bizə doğma adamdı. Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub. AFFA-nın lisenziyalaşdırmasına görə struktur, idman meyarlarımızı formalaşdırırıq. Ona görə deyirik ki, şansımız yaransa, lisenziya tələbini sənədləşmə ilə aparaq. Ötən mövsüm İcraiyyə Komitəsinin ani qərarı ilə üç komanda birdən 1-ci liqaya yüksəldi, 4-cü olan “Quba” pley-off-da uduzdu. Həyatdı, bilmək olmur. Komitə birdən belə qərar qəbul etsə, struktur 1-ci liqada oynamağa cavab versin.

- Sənəd üzərində baş məşqçi Uzuncadı. Bəs komandanın məşqlərində iştirak edirmı? Bu uğurda onun da payı var?
- Daimi əlaqədəyik, fikir mübadiləsi aparırıq. Bizim üçün doğma adamdı. “Bakı”da uzun illər birgə çalışmışıq. Maliyyə vəziyyətimiz düzəlsə, məşqçi kimi komandada daha çox olmasına, rəhbərlik etməsinə şad olaram.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

23-09-2025, 16:0

“Komandada ilk dəfə peşəkar futbol oynayan uşaqlar var” – “Dinamo” 2-ci liqadan da gedəcək?

Aktual / Ölkə futbolu

9-09-2025, 20:0

“Onları qətiyyən qınamaq olmaz” - 7 futbolçusu gedən klubun prezidenti danışdı

Aktual / Ölkə futbolu

12-05-2025, 20:0

“Həmin oyundan sonra 1-ci liqaya yüksəlmək şansımızı itirdik” – ...və böhran başladı

Ölkə futbolu / Aktual

17-07-2025, 15:0

İkinci liqanın kasıbları nə düşünür?

Ölkə futbolu / Aktual

26-12-2025, 14:0

“Heyət yenidən formalaşdırılacaq” – 1:13 uduzan klubun prezidenti

Aktual / Ölkə futbolu

20-03-2026, 21:0

“Premyer-liqaya çıxmadan akademiya açmaq mümkün deyil” - “Xankəndi”nin uğurlarının memarı getdi

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 204
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə