Mövsümün ilk uğursuzu oldular

21.04.2026 21:20 35
Dünya futbolu
Bu mövsüm İngiltərə premier-liqasını tərk edəcək ilk komanda müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, azarkeşlərini “Vulverhempton” məyus edib. 33-cü turda “Vest Hem”in “Kristal Pelas”la qolsuz heç-heçə etməsindən sonra 20-ci yerdə olan “Vulverhempton”un yüksək liqada qala bilməyəcəyi dəqiqləşib.

17 xala malik olan “canavarlar” sona 5 tur qalmış bütün oyunlarda qalib gəlsələr belə, autsayderlər zonasından çıxa bilməyəcəklər.

Rob Edvardsın komandası yeni mövsümdə çempionşipdə mübarizə aparacaq.