"Qarabağ" - "Olimpiakos" matçı qolsuz bərabərliklə başa çatdı Qarşılaşmanı Kreyq Pausonun rəhbərlik etdiyi ingiltərəli hakimlər briqadası idarə etdi.
Ümumilikdə oyunboyu onun və köməkçilərinin ciddi səhvləri olmadı. Bununla belə, ədalət təmsilçilərinin işini daha detallı dəyərləndirməyə ehtiyac var. Bunu isə sabiq təcrübəli hakim Rövşən Əhmədov etdi:
"Hakim qərarlarının komandalara mane olmadığını düşünürəm. Sadəcə, bəzi epizodlar var ki, mübahisəyə açıqdı. Məsələn, 22-ci dəqiqədə qayda pozuntusu yox idi, hakim yunanların xeyrinə qərar verdi. Qurban Qurbanov da bu epizoda etiraz etdi. 44-cü dəqiqədə isə "Olimpiakos"un oyunçusuna qarşı qayda pozulmuşdu. Lakin yunanlı futbolçunun reaksiyasını sarı vərəqə ilə qiymətləndirməliydi. Qalan intizam sanksiyalarının hamısı qaydalar çərçivəsində idi. Ümumilikdə İngiltərədən olan referilər qarşılaşmanı normal idarə etdi".
ABDULLA İSMAYILOĞLU