Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik baş verib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
“Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.