"Football-plus.az" xəbər verir ki, tədbir iyunun 14-də olacaq.
UFC-nin mətbuata açıqlaması:
“Bu tarixi tədbiri təqdim edən tərəfdaş olaraq və onun 10-cu ildönümü şərəfinə Crypto.com, “UFC Freedom 250”də seçilmiş döyüşçülərə kriptovalyutada ödəniləcək 1 milyon dollarlıq bonus fondu yaradacaq. Bu bonus UFC prezidenti və baş direktoru Dana Uaytın tədbirdən sonra idmançılara ödəyəcəyi ənənəvi bonuslara əlavə olacaq. Döyüşçülərin bonusu necə ala biləcəkləri ilə bağlı təfərrüat daha sonra açıqlanacaq”.






