Mövsümün sonunda baş məşqçi Ayxan Abbasovla yollarını ayıracağı dəqiqləşən “Şamaxı” yeni mütəxəssis axtarışını intensivləşdirib. Düzdü, klubun meneceri Kamran İsmayılov hər vəchlə bu yöndə ətraflı məlumat verməkdən yayınır. Lakin “Football-plus.az” mövzuyla bağlı yeni bilgi əldə edib.
Belə ki, bölgə təmsilçisinin yeni baş məşqçisi Elmar Baxşıyev ola bilər. Ona görə ki, klub artıq mütəxəssislə danışıqlara başlayıb. Tezliklə tərəflər arasında bütün məsələlərdə yekun razılığa gəlinəcək.
Xatırladaq ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyib. Baş məşqçi kimi “Qəbələ” və “Araz-Naxçıvan”ı çalışdıran mütəxəssis “qırmızı-qaralar”la ölkə kubokunun qalibi olub. O, hər iki komandayla avrokuboklarda çıxıb edib.
KƏNAN BAHADIR