• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİFA-nın yeni çağırışı Azərbaycan üçün nə vəd edir? - KÖŞƏ

Ölkə futbolu / Manşet / Yazarlar

27-07-2023, 21:0

Avstriyalı Frits Stuxlikin gedişindən sonra Azərbaycan futbol hakimliyində türkiyəli Barış Şimşək söz sahibinə çevrildi.

Yerli futbol mütəxəssislərinə və futbolçulara münasibətdə həmişə soyuq davranan, əcnəbilərə qucaq açmağı sevən AFFA-nın bu addımı şəxsən mənim üçün təəccüblü olmadı. Hərdən fikirləşirəm ki, kaş bir sehirli qüvvə olaydı, AFFA-nın idarəçilərini də xaricdən gətirəydi. Bilərdik ki, Azərbaycan futbolunda bütövlükdə xarici idarəçilik sistemi tətbiq olunur, Avropa ölkələrinin təcrübəsini tətbiq edirik. İndiki halda isə bu proses yarımçıq təsir bağışlayır. Yığmalara əcnəbi futbolçular doldurulur, həmin komandaları əcnəbilər çalışdırır, AFFA-nın Hakimlər Komitəsinə, televiziyasına əcnəbilər rəhbərlik edir. Təkcə AFFA-nı idarə edənlər, yəni futbola ayrılan pulları bölüşdürənlər azərbaycanılardı. Harda qaldı ədalət?

Nə isə. Bugünkü yazıda sözümün canı başqadı, ona görə də mətləbdən çox da uzaqlaşmayım. Barış Şimşək bu yaxınlarda Türkiyə mətbuatına müsahibə vermişdi, Azərbaycandakı yaşayışından çox razılıq etmişdi. Eynilə italiyalı Canni de Byazi kimi. Adamlar Bakıda yağ içində böyrək kimi üzür, əsl padşahlar kimi yaşayır. Nədən narazı olacaqlar? Barış bəyi xüsusilə sevindirən o olub ki, Bakıdan ona doğma olan Trabzona getmək çox asandı, təyyarə ilə birbaşa reys var. Sanki Türkiyənin bir şəhərindən digərinə gedirsən. Adam niyə xoşbəxt olmasın?! Onun ölkəsində az qala hər tur hakimliklə bağlı qalmaqallar yaşanır, federasiyaya və hakimlərə rəhbərlik edənləri mətbuat da, azarkeşlər də “yıxıb-sürüyür”. Az qalırlar ki, çarmıxa çəksinlər. Bizdə də hər tur hakimliklə bağlı problemlər yaşanır. Amma Türkiyədən fərqli bizdə bu işin başında dayananlardan hesabat tələb edən yoxdu.

VAR-ın tətbiqinə bir ətək pul xərclədik. Amma bu texnologiya belə hakimliyin problemlərinə əlac olmadı. Əsas səbəblərdən biri odu ki, hakimlərimiz təlim-məşq toplanışına aparılmır, mövsümlərarası və qış fasiləsində lazımi hazırlıq keçmirlər. İllərlə PFL bu ənəni formalaşdırmışdı, hakimlər qışda da, yayda da toplanışa gedir, əvəzsiz təcrübə qazanırdı. Bunun da faydasını görürdük. Onda hakimlərlə peşəkar müqavilələr bağlanmırdı, heç VAR sistemi də yox idi. Amma bu qədər kobud səhvlər olmazdı. İkinci problem isə idarəçilikdəki qeyri-sağlam mühitdi. İmanımı yandıra bilmərəm, eşitdiyimə görə, Barış Şimşək bütün səlahiyyətləri Cavid Cəlilova verib. Hələ Fritsin dövründə komitədə at oynadan Cəlilov Barış abisinin gəlişindən sonra lap qol-qanad açıb. İş o yerə çatıb ki, əvvəllər hakimlik etməyən, AFFA-da texniki işlərlə məşğul olan Cavid bəy indi özünə hər həftə 3-4 təyinat yazır. Adamın boş günü yoxdu, eyni turda meydana həm əsas hakim kimi çıxır, həm də VAR otağındakı monitorun qarşısında oturur. Hələ bir ərinmir, aşağı divizionun oyunlarına getməyi də özünə qazanc bilir.

Belə bir mühitdə kimdən ədalət gözləyəcəksən, kimdən qətiyyət istəyəcəksən? Dəfələrlə olub ki, hakimlər VAR-a baxandan sonra belə düzgün qərar çıxarmayıb, ədaləti bərpa etməyi bacarmayıblar. Olmaya hansısa gizli qüvvə onları bundan çəkindirib? Deyəsən, FİFA VAR sisteminin nüfuzunu qorumaq üçün yeni üsullara əl atır, bu sistemi daha da təkmilləşdirməyə çalışır. Hazırda Yeni Zellandiyada davam edən qadınların dünya çempionatında yeni sistem sınaqdan çıxarılır. VAR-ın köməyinə ehtiyac duyulan epizodlarda qadın hakimlər monitora baxıb, qərar çıxarandan sonra bunu mikrofonla hər kəsə izah edir, fikirlərini əsaslandırır. Şəxsən mən bunu çox bəyənirəm. Heç şübhə etmirəm ki, FİFA bu sistemi uğurla sınaqdan çıxarandan sonra hamı bundan yararlanmağa başlayacaq. O cümlədən də AFFA bu çağırışa səs verəcək, yeniliyə qoşulacaq.

Vaxt itirmədən AFFA və PFL bu sistemin Azərbaycanda tətbiqinə hazırlaşmalı, texniki problemləri həll etməlidi. Ötən mövsüm baş tutan “Zirə” – “Sumqayıt” oyunundakı mübahisəli epizodda hakimlərin öz aralarındakı danışıqları ictimaiyyətə açıqlanmışdı. PFL-in bu addımı bir çoxları tərəfindən alqışlanmışdı. Düşünürəm ki, VAR-a baxılandan sonra qəbul edilən qərarların hər kəs üçün anında açıqlanması da həmin addımın, aşkarlıq meyillərinin davamı sayılmalıdı. FİFA-nın bu yeni çağırışı Azərbaycan futbolu və hakimliyi üçün xeyli müsbət dəyişiklik vəd edir. Buna şübhəniz olmasın.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-07-2022, 21:0

"Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib"

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Aktual / Manşet

16-07-2022, 12:0

Barış Şimşək kimdi? - DOSYE

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Manşet / Yazarlar

18-07-2022, 13:0

Şimşək kimi öldürən, yoxsa barışcıl? - KÖŞƏ

Aktual / Manşet

20-09-2022, 17:0

Barış Şimşəyin AFFA-dan xüsusi tələbi

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə