• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şimşək kimi öldürən, yoxsa barışcıl? - KÖŞƏ

Manşet / Yazarlar

18-07-2022, 13:0

AFFA köhnə şakərlərindən birini yenidən təkrarladı. Avstriyalı Fritz Stuxlikin yola salınmasından sonra Hakimlər və Hakim-İnspektorlar Komitəsinə yerli mütəxəssisin rəhbərlik edəcəyini düşünürdük.

Deyilənlərə inansaq, artıq AFFA-ya əvvəlki qədər böyük büdcə ayrılmır, xərclənməsinə ciddi nəzarət var. Ona görə də maddi vəziyyət pisləşib. Bütün bunları nəzərə alanda, qurumun qənaət rejiminə keçəcəyini, daha az məvacib qarşılığında yerli mütəxəssisi Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin edəcəyini düşünürdük.

Amma ehtimallar özünü doğrultmadı. Komitənin yeni sədri də əcnəbidi. Bu dəfə avstriyalı yox, qardaş Türkiyədən gələn mütəxəssis hakimlərimizə rəhbərlik edəcək. AFFA-nın yeni tapıntısı Barış Şimşəkdi. Nə edək, yenə də şükürlər olsun. Adamlar italiyalı, yaxud alman da gətirə bilərdilər. Lap elə yunan da ola bilərdi. Yaxşı ki, budəfəki əcnəbi qanı qanımızdan, canı canımızdan olan türkiyəlidi. Bir halda ki, “bir millət, iki dövlət” deyirik, gərək Barış Şimşəkə də özümüzkü kimi baxaq, onu yadlarla tərəzinin eyni gözünə qoymayaq.

“Qarabağ” – “Lex” qarşılaşmasının hakimləri ingilislər idi. Endryu Medlinin başçılıq etdiyi briqada oyunu yaxşı idarə etdi. Son illərdə UEFA-nın “Qarabağ”ın oyunlarına göndərdiyi hakimlər gözümüzü əməlli-başlı qorxudub. Ona görə də əcnəbi hakimlərdən hansısa formada kömək ummuruq. Deyirik ki, haqqımızı yeməsinlər, yetər. Endryu Medli də bu baxımdan ürəyimizcə oldu. Amma ingilis hakimlər təkcə meydandakı davranışları ilə könlümüzü oxşamadı, həm də final fitindən sonra ürəyimizə yatan davranış sərgilədi. Yəqin xəbəriniz var. Medli və köməkçiləri oyundan sonra Respublika stadionunun ərazisini gəzib, Tofiq Bəhramovun heykəlini tapıblar. Sonra da ünlü referinin abidəsi ilə şəkil çəkdiriblər. Bu hərəkətləri ilə ingilis hakimlər rəhmətlik Bəhramovun ruhunu şad edib, onun qarşısında vicdani borclarından çıxıblar. Bəli, bu faktın özü göstərir ki, əcnəbilər onun adını, xatirəsini uca tuturlar, ona saygı göstərirlər. Bəs biz nə edirik? Bəhramovun heykəli əvvəllər stadionun girişində idi, əraziyə daxil olan kimi onu görüb, yad edirdik. Sonra heykəli götürüb gizlətdilər. Yaxşı ki, ingilislər heykəli axtarıb tapa biliblər. Yoxsa lap biabır olardıq.

Tofiq Bəhramovun heykəlinə münasibətimiz elə bütövlükdə onun özünə olan münasibətimizdi. Biz onu lazımınca qiymətləndirib, yetərincə sayğı göstərsəydik, heykəlini gözdən uzaq yerdə gizlətməzdik. Necə ki, indi də onun davamçılarına eyni münasibəti göstəririk. Bəhramov bütün Azərbaycanın fəxridi, hakimliyimizin üzünü ağardan unikal nümunədi. İndi necə ola bilər ki, bu ölkədə onun layiqli davamçısı yetişməsin, dünyaya səs salan yeni hakimlərimiz olmasın? İstəsəydik, olardı. Əliyar Ağayev Bəhramovun ənənələrini uğurla davam etdirir, sürətlə inkişaf edirdi. Vaxtilə UEFA-nın ən perspektivli hakimlərindən sayılır, böyük gələcək vəd edirdi. Onun da yetişməsində elə başqa azərbaycanlı Xaqani Məmmədovun böyük zəhməti vardı. Elə onu da urvatsız etdik, sədrlikdən uzaqlaşdırılan Xaqani bəyin təcrübəsindən, bilik və bacarığından faydalana bilmədik. Onu da AFFA-dan qaçaq saldılar.

Azərbaycanlı hakimlərə belə münasibətin daha bir bariz nümunəsi Frits Stuxlikin gedişindən sonra Barış Şimşəkin sədr kürsüsünə əyləşdirilməsi oldu. Görünən odu ki, Azərbaycan futbolunu idarə edənlər yerli kadrlara inanmırlar. Onlara elə gəlir ki, azərbaycanlılara iş tapşırmaq olmaz. Adamın ağlına min cür fikir gəlir. Stuxlikdən bir xeyir görmədik, heç olmasa, Barış Şimşək futbolumuza fayda versin. Çox istərdim ki, Barış bəyin ilk işlərindən biri Rəhim Həsənovun hakimliyə qaytarılması olsun. AFFA-nın binasında keçirilən mətbuat konfransında da PFL prezidenti Ramin Musayev Rəhimin adını çəkib, onun hakimlikdən getməsini itki sayıb. Deməli, AFFA-da oturanlar da bu itkinin miqyasını anlayırlar. Həsənov özü də müsahibələrində hakimliyi sevdiyini, sevimli peşəsindən məhz Stuxlikə görə uzaq düşdüyünü dilə gətirirdi. VAR-ın tətbiq olunması-filan, bunlar hamısı öz yerində. Amma ən əvvəl insan amilidi. Bizim hakimlikdə heç də hər gün Rəhim Həsənov, Əliyar Ağayev yetişmir. Əvvəlcə onların qiymətini bilməliyik. Ümid edək ki, yeni sədr “öldürməyə” yox, barışdırmağa meyilli olacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-07-2022, 21:0

"Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib"

Ölkə futbolu / Manşet

30-06-2022, 12:0

AFFA Hakimlər Komitəsinə kim rəhbərlik edəcək? - Rüstəm Rəhimov açıqladı

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Ölkə futbolu

17-07-2022, 21:0

“Düşünürəm ki, Hakimlər Komitəsinə yerli arbitrlərimizdən də təyin etmək olardı”

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Bu gün, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Bu gün, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Bu gün, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Bu gün, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Bu gün, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə