• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

248 gün lider ol, axırda da çempionluğu “Siti”yə təhvil ver!

Dünya futbolu

12-07-2023, 21:0

İngiltərə futbolunda daha bir mövsüm Mançesterin dominantlığı şəraitində keçdi.

"Football-plus.az" xəbər verir ki, Premyer-liqada 31-ci mövsüm arxada qaldı, “Yunayted”lə “Siti”nin birlikdə 20 çempionluğu var. “Qırmızı şeytanlar”ın hegemonluğu tarixə dönübsə, trebl edən “şəhərlilər” artıq dəbi müəyyənləşdirir. Hərçənd bu mövsüm “Arsenal”ın çempion olacağını düşünənlərin sayı çox idi, sadəcə, “topçular” sonda təzyiqə davam gətirmədi...

Uzun müddət izləyici rolu ilə kifayətlənən MS sonda sürəti artırdı və çempion olmaqla yanaşı, ölkə kubokunu, ÇL-i də qazandı. Premyer-liqa ən maraqlı və güclü çempionat sayılsa da, “Siti”nin son illərdəki hegemonluğu bu yöndə müəyyən suallar yaradır. Söhbət ondan getmir ki, başqa komandalar pisdi, sadəcə, Qvardiolanın komandası işlək mexanizmdi, müəyyən yerdəyişmələrlə daim saz vəziyyətdə olur. Holann gələn kimi məhsuldarlıq rekordü müəyyənləşdirdi, start heyətində oynamayan Alvares 9 qol vurdu. Futbolçular Qvardiolanın sərəncamına keçən kimi tərəqqi edir. “Aston Villa”dan alınan Qriliş nə qədər tənqid eşitdi, ancaq son mövsümdə çox “artırdı” və əsas heyətin vacib oyunçusuna çevrildi. De Bruyne, Bernardo, Gündoğan və Rodrinin olduğu orta sahənin gücündən danışmaq artıqdı. Payızda “Siti”nin oyununda və nəticələrində müəyyən eniş yaşansa da, yazda hər şey yerini tutdu. Bütün turnirlərdə 20 böyükhesablı qələbə, fevral-may aralığında 25 oyundan ibarət məğlubiyyətsiz seriya – məhz həmin vaxt komanda çempionluq yarışının axarını öz xeyrinə çevirdi.

248 gün – “Arsenal” çempionatın gedişində məhz bu qədər müddətdə lider olsa da, 2-ci yerlə kifayətləndi. Bunu iflas saymaq olarmı? Çox güman, bir il əvvəl “topçular”ın ən nikbin azarkeşi belə onların çempionluq yarışında “Siti”nin yeganə rəqibi olacağını düşünə bilməzdi. 2-ci yer istənilən halda londonlular üçün əla nəticədi. Mikel Arteta çempion olmaq üçün bütün başqa turnirləri qurban versə də, yenə də alınmadı. Bizə elə gəlir ki, sonda büdrəməyin əsas səbəbi ehtiyat oyunçular skamyasının qısalığıdı. Jezus yeganə forvard idi, başqa mövqelərdə də rotasiya alınmırdı, Saliba martda zədə üzündən sıradan çıxandan sonra müdafiənin mərkəzində problemlər yarandı. “Arsenal”ın enişi apreldə başladı. MS-dən alınan böyükhesablı məğlubuyyət (1:4) də faciə deyildi. Artetanın komandası “Vest Hem” (2:2) və “Sauthempton” (3:3) ilə oyunlarda büdrəməklə təşəbbüsü əldən verdi.
Əvvəlki mövsümdə 6-cı yeri tutan MY yeni mövsümə yeni baş məşqçi – Erik ten Haq ilə başladı. Qətərdəki dünya çempionatı ərəfəsində Ronaldonun ayrılması, nə qədər qəribə olsa da, komandanın xeyrinə işlədi. Meydanın mərkəzində Kazemiro – Eriksen – Fernandeş üçbucağı fantastik təsir bağışladı. Reşford özünə gəldi və DÇ-dən sonra 13 qol vurdu. Ten Haqın komandası mövsümün sonunda “Liverpul”un yaxınlaşmasına imkan versə də, ÇL-ə dönüş birmənalı şəkildə “qırmızı şeytanlar”ın azarkeşlərini sevindirməlidi.

“Nyukasl” üçün də 4-cü yer böyük uğurdu. Komanda ÇL-də sonuncu dəfə 2003/04 mövsümündə - Şirerin vaxtında oynayıb. Səudiyyə Ərəbistanından olan biznesmenlərin nəzarətinə keçəndən sonra “sağsağanlar” canlandı, onlar Eddi Haunun rəhbərliyi altında güclü müdafiə səddi qurmaqla intensiv oyun göstərirlər. “Nyukasl” çempionatda ən az qol buraxan iki komandadan biridi.

Mövsümün uğursuzları ilə bağlı söhbətə “Liverpul”dan başlamalıyıq. Yürgen Kloppun komandası heç bir titul qazanmadı və 5-ci yeri tutmaqla ÇL-dən kənarda qaldı. Zədəlilərin sayının hədsiz çoxluğu, Maneni əvəz etməyin çətinliyi, müdafiədəki başıpozuqluq – bunlar problemlərin bir qismidi. Londonun iki klubu da uğursuzlar sırasındadı. Keyn – Son tandemi bu mövsüm “Tottenhem”in rəqibləri üçün qorxunc təsir bağışlamadı, Rişarlisonla Kuluşevski tez-tez zədələndi, Bentankur çox tez sıradan çıxdı. Antonio Kontenin “Sauthempton”la martdakı oyundan (3:3) sonra yetirmələrində qalib mentallığının olmadığını etiraf etməsi sonun başlanğıcı idi. Təbii ki, italiyalı baş məşqçi postunda qalmadı, onu əvəz edənlər də komandanı hədəfinə çatdıra bilmədi. “Mahmızlar” avrokuboklardan kənarda qaldı.

“Çelsi” də faciəvi nəticə ilə yadda qaldı. 44 xal komandanın premyer-liqada çıxış tarixində antirekorddu. “Çelsi” çempionatda ...Holanndan 2 qol artıq vurdu. Tomas Tuxel qovulandan sonra “sükan arxasına” gələnlər – Qrehem Potter və Frenk Lempard vəziyyəti düzəldə bilmədi. “Zadəganlar”ın indiki vəziyyətini nəzərə alsaq, onları yeni mövsümə hazırlayan Maurusio Poçettino əməlli-başlı əziyyət çəkəcək.

Mövsümün kəşfləri sırasında ilk növbədə “Brayton”un adını çəkmək lazımdı. Potteri baş məşqçi postunda əvəz edən Roberto De Zerbi komandanın oyununa öz baxışını qatdı. Yetkin və baxımlı oyun göstərən “qağayılar”ın 6-cı yeri tutmaqla tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanması təsadüfi deyil.

“Aston Villa” da avrokuboklara vəsiqə qazandı. Hərçənd noyabrda azarkeşlər mövsümün belə bitəcəyinə qətiyyən inanmırdı. Stiven Cerrardın çalışdırdığı birmingemilər 14-cü turdan sonra 17-ci yerdə qərarlaşmışdı. Ancaq Unay Emeri gəldi və möcüzə yaratdı. İspaniyalı mütəxəssis futbolçuları vahid hədəf ətrafında birləşdirdi, onların güclü tərəflərini açdı, Uotkins yeni baş məşqçinin dönəmində çempionatda 13 qol vurdu. Nəticədə finişə 7-ci yerdə çatan komanda 14 illik fasilədən sonra avrokuboklara döndü.

Son mövsümün maraqlı cəhətlərindən biri də elitada qalmaq uğrunda kütləvi mübarizənin yaşanmasıdı. 28-ci turdan sonra 9 komanda düşmə təhlükəsi yaşayırdı – 12 və 20-ci yerlər arasında məsafə 4 xal idi. Elitada qalmaq vəzifəsinin öhdəsindən əvvəlcə “Kristal Pelas” gəldi. Ardından “Vulverhempton”, “Vest Hem”, “Bornmut”, “Nottingem Forest” və “Everton” da azarkeşlərini sevindirdi. İlk bəxtsiz “Sauthempton” oldu. Ralf Hazenhyuttl, Neytan Cons və ardından “Neftçi” və “Qarabağ”dakı işi ilə tanınan Ruben Selyes “müqəddəslər”i elitada saxlaya bilmədi. Onlar ardıcıl 11 mövsümdən sonra premyer-liqa ilə vidalaşdı.

2015/16 mövsümündə sürpriz şəkildə premyer-liqanın qalibi olan “Lester” 7 il sonra çempionşipə yuvarlandı. Bəlkə də aprelin əvvəlində Brendan Rocersi qovmağa dəyməzdi, axı onu əvəz edən Din Smit də vəziyyəti dəyişə bilmədi. Bir il əvvəl elitada yerini çətinliklə qoruyan “Lids” bu dəfə bacarmadı. Nə Cessi Marş, nə Xavi Qrasiya, nə də Sem Ellerdays yorkşirlilərin dərdinə dərman tapa bildi.

ÇEMPİONUN VİZİT VƏRƏQİ
MANÇESTER SİTİ
Tam adı: Manchester City Football Club
Yaranma tarixi: 1880
Rəngləri: səma mavisi, ağ
Stadionu: “Etihad” (53400 yerlik)
İnternet ünvanı: www.mancity.com
Prezidenti: Haldun Əl-Mübarək
Baş məşqçisi: Xosep Qvardiola
Titulları: 9 dəfə İngiltərə çempionu (1937, 1968, 2012, 2014, 2018, 2019, 2021, 2022, 2023), 7 dəfə ölkə kubokunun (1904, 1934, 1956, 1969, 2011, 2019, 2023), 8 dəfə Liqa kubokunun (1970, 1976, 2014, 2016, 2018, 2019, 2020, 2021), 6 dəfə ölkə superkubokunun (1937, 1968, 1972, 2012, 2018, 2019), 1 dəfə Çempionlar Liqasının (2023), 1 dəfə Kuboklar Kubokunun (1970) sahibi.

1 2 3 4 5 6 7 8 9
qapıçılar
18. Ştefan Orteqa Almaniya 06.11.1992 185 88 3 - - -
31. Ederson Braziliya 17.08.1993 188 89 35 – 3 -
müdafiəçilər
2. Kayl Uoker İngiltərə 28.05.1990 178 73 27 – 3 -
3. Ruben Diaş Portuqaliya 14.05.1997 186 83 26 – 3 -
5. Con Stounz İngiltərə 28.05.1994 188 70 23 2 2 2
6. Natan Ake Niderland 18.02.1995 181 73 26 1 2 -
14. Emerik Lyaport İspaniya 27.05.1994 189 85 12 - - -
21. Serxio Qomes İspaniya 04.09.2000 172 63 12 - - -
25. Manuel Akanci İsveçrə 19.07.1995 187 91 29 – 2 –
82. Riko Lüis İngiltərə 21.11.2004 175 70 14 – 2 -
yarımmüdafiəçilər
4. Kelvin Fillips İngiltərə 02.12.1995 180 72 12 – 1 –
8. İlkay Gündoğan Almaniya 24.10.1990 180 78 31 8 - -
10. Cek Qriliş İngiltərə 10.09.1995 175 68 28 5 3 -
16. Rodri İspaniya 22.06.1996 190 82 36 2 5 –
17. Kevin de Bruyne Belçika 28.06.1991 181 76 32 7 1 –
20. Bernardo Silva Portuqaliya 10.08.1994 173 65 34 4 5 –
26. Riyad Mahrez Əlcəzair 21.01.1991 179 61 30 5 2 -
32. Maksimo Perrone Argentina 07.01.2003 178 64 1 - - -
47. Fil Foden İngiltərə 28.05.2000 175 70 32 11 1 –
62. Şi Çarlz Şimali İrlandiya 05.11.2003 189 82 1 - - -
80. Koul Palmer İngiltərə 06.05.2002 189 72 14 – 1 -
hücumçular
9. Erlinq Holann Norveç 21.07.2000 194 88 35 36 5 –
19. Xulian Alvares Argentina 31.01.2000 170 71 31 9 - -
komandadan ayrılan
7. Joao Kanselo Portuqaliya 27.05.1994 182 69 17 2 3 1
Qeyd: 1 – futbolçu, 2 – vətəndaşlığı, 3 – doğum tarixi, 4 – boyu (sm), 5 – çəkisi (kq), 6 – oyun, 7 – qol, 8 – sarı vərəqə, 9 – qırmızı vərəqə. Yalnız meydana çıxan oyunçuların göstəriciləri verilib. Komandanın vurduğu 2 qol avtoqol kimi qeydə alınıb.

İngiltərə kuboku
final
Mançester Siti – Mançester Yunayted 2:1
Gündoğan, 1; 51 – Fernandeş, 33-p.
Liqa kuboku
final
Mançester Yunayted – Nyukasl 2:0
Kazemiro, 33. Botman, 39-öz qapısına.

Mövsümün rəmzi yığması
(“Futbol+”in versiyasına görə)
4-3-3
Qapıçı – Ederson (Mançester Siti); müdafiəçilər – Trippyer (Nyukasl), Stounz (Mançester Siti), Saliba (Arsenal), Estupinyan (Brayton); yarımmüdafiəçilər – Gündoğan, De Bruyne (hər ikisi “Mançester Siti”), Edeqor (Arsenal); hücumçular – Holann (Mançester Siti), Keyn (Tottenhem), Reşford (Mançester Yunayted).

bombardirlər
Erlinq Holann MS 36 (7)
Harri Keyn Tottenhem 30 (5)
Ayven Touni Brentford 20 (6)
Məhəmməd Salah Liverpul 19 (2)
Kallum Uilson Nyukasl 18 (3)
Markus Reşford MY 17
Qeyd: mötərizədə penaltidən vurulan qolların sayı göstərilib.

assistentlər
Kevin de Bruyne MS 16
Məhəmməd Salah Liverpul 12
Leandro Trossard Brayton/Arsenal 12
Maykl Olise Kristal Pelas 11
Bukayo Saka Arsenal 11
Riyad Mahrez MS 10

kim hara?
Mançester Siti, Arsenal, Mançester Yunayted, Nyukasl - ÇL-in qrup mərhələsinə
Liverpul, Brayton, Vest Hem – AL-in qrup mərhələsinə
Aston Villa - KL-in 4-cü təsnifat mərhələsinə
Lester, Lids, Sauthempton – çempionşipə
Fulhem, Bornmut, Nottingem Forest – premyer-liqaya

“Futbol+”in versiyasına görə
Mövsümün...
...qapıçısı: Ederson (MS)
...müdafiəçisi: Vilyam Saliba (Arsenal)
...yarımmüdafiəçisi: Kevin de Bruyne (MS)
...hücumçusu: Harri Keyn (Tottenhem)
...oyunçusu: Erlinq Holann (MS)
...məşqçisi: Xosep Qvardiola (MS)
...oyunu:


RƏQƏMLƏR VƏ FAKTLAR
* 380 oyun keçirilib. Ev sahibləri 184 (48,4%), qonaqlar 109 (28,7%) oyunda qalib gəlib, 87 (22,9%) matç heç-heçə nəticələnib.
* 1084 qol vurulub. Bu, hər oyuna orta hesabla 2,9 qol deməkdi.
* Ev sahibləri 621 (57,3%), qonaqlar isə 463 (42,7%) qol vurub.
* Ən çox qeydə alınan hesab: 1:0 - 46 dəfə. 1:1 hesabına 38, 2:1 hesabına 34 oyunda rast gəlinib.
* Ən böyükhesablı qələbələr: Liverpul – Bornmut 9:0, Liverpul – Mançester Yunayted 7:0, Brayton – Vulverhempton 6:0, Mançester Siti – Nottingem Forest 6:0.
* Ən məhsuldar oyunlar: Liverpul – Bornmut 9:0, Mançester Siti – Mançester Yunayted 6:3 (9 qol).

1. Mançester Siti
2. Arsenal
3. Mançester Yunayted
4. Nyukasl
5. Liverpul
6. Brayton
7. Aston Villa
8. Tottenhem
9. Brentford
10. Fulhem
11. Kristal Pelas
12. Çelsi
13. Vulverhempton
14. Vest Hem
15. Bornmut
16. Nottingem Forest
17. Everton
18. Lester
19. Lids
20. Sauthempton

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-05-2023, 14:0

'Siti'' oynamadan çempion, ''Arsenal'' isə antirekordçu oldu

Dünya futbolu

7-06-2023, 19:0

“Mançester Siti” daha bir kubok qazandı - REPORTAJ

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Dünya futbolu

24-05-2022, 18:0

Mahrez: ''Liverpul" bizə nifrət edir''

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

Dünya futbolu / Manşet

22-05-2022, 11:0

“Mançester Siti”, yoxsa “Liverpul”? Qvardiola, yoxsa Klopp?

Aktual
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
“Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
“Kiminsə Mənsimovlarla problemi var deyə, Lənkəran 100 il futbolsuz qalmalıdı?” - “Xəzər Lənkəran”ın rəsmisi
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
“Meydandan çıxmasaydılar, bəlkə texniki məğlubiyyət ancaq bizə verilərdi” - “Kür-Araz”ın prezidenti də qərardan narazıdı
Son xəbərlər
  • Bu gün, 23:38
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • Bu gün, 23:00
    "Şamaxı"nın legioneri millidə
  • Bu gün, 22:58
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • Bu gün, 22:52
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 22:01
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • Bu gün, 20:58
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
  • Bu gün, 20:27
    Mövsümü “qızıl dubl” ilə başa vurdular!
  • Bu gün, 19:56
    La Liqanı tərk edənlər müəyyənləşdi
  • Bu gün, 19:33
    Dünya çempionatını buraxacaq
  • Bu gün, 19:02
    Zakariya Savo "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 18:55
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 18:55
    “10 yaşlı övladım var, onun üçün darıxmışam” – Jorj Kaşkilya
  • Bu gün, 18:34
    “Son bir həftədə futbolçuları toparlamaq çətin idi” – Fizuli Məmmədov
  • Bu gün, 18:31
    Noyerin şansı yoxdu?
  • Bu gün, 18:02
    Mövsümün son oyunu heç-heçə bitdi
  • Bu gün, 17:38
    Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
  • Bu gün, 17:30
    Ölkə çempionatında 21 ildən sonra 500 qol
  • Bu gün, 17:01
    “Araz-Naxçıvan”: 30-cu ev qələbəsi
  • Bu gün, 15:42
    "Qəbələ" ev sahibi olacaq, pley-off oyunu süni örtükdə oynanılacaq
  • Bu gün, 15:36
    "İmişli" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Bu gün, 15:04
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:44
    Ayxan Abbasovun köməkçiləri də "Şamaxı"dan ayrıldı - RƏSMİ
  • Bu gün, 14:12
    “Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
  • Bu gün, 13:13
    Ozancanın komandası elitanı tərk etdi
  • Bu gün, 12:43
    "Zirə"nin premyer-liqada 400-cü qolu
  • Bu gün, 12:12
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Bu gün, 11:41
    “Portu” karyerası yarım il çəkdi
  • Bu gün, 11:10
    Yaşıl meydanı tərk edəcək
  • Bu gün, 10:48
    “Neftçi”nın hansı mövqeləri güclənməlidi? – Rossi gəlsin!
  • Bu gün, 10:31
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:00
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 23:57
    Madridi tərk edəcək
  • Dünən, 23:07
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 22:46
    "Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm" - Andrey Demçenko
  • Dünən, 22:26
    Dünya çempionatında iştirak etməyəcək?
Daha çox
Oxunub: 274
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 209
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 197
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 194
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə