• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?

Manşet / Avrokuboklar

10-07-2026, 21:0

İyulun 7-də avrokuboklarda yeni mövsüm start götürdü.

Həmin gün Çempionlar Liqasında qələbə qazanan “Sabah” estafeti “Zirə”yə ötürdü. Ertəsi Konfrans Liqasında “Torpedo”nu qəbul edən “qartallar” Gürcüstan təmsilçisini darmadağın etdi. Düzünə qalsa, artıq bu cütdə mübarizənin taleyinin həll olunduğunu düşünə bilərik. Kutaisidə hansısa möcüzə baş verməsə, “Zirə”ni artıq 2-ci mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edə bilərik.

Srağagünkü 3:0-dan sonra sosial şəbəkələrdə Azərbaycanın klub futbolu səviyyəsində Gürcüstandan xeyli irəlidə olmasıyla bağlı da müzakirələr başladı. Reallıq budu ki, ölkəmizin 5-ci komandası qonşu ölkənin çempionatında son mövsümü 3-cü yerdə bitirən Kutaisi təmsilçisini darmadağın etdi. Baxmayaraq ki, oyundan əvvəl rəqib düşərgədə hansısa mifik sürprizdən danışırdılar.

Bəs “Zirə”nin böyükhesablı qələbə qazanmasına nə səbəb oldu? “Turan Tovuz”un məlum cəzasından sonra avrokuboklarda iştirak baxımından hazırlıqsız yaxalanan “Zirə”nin oyununda bu məqam hiss olundumu? 3:0 “Zirə”nin güclü, yoxsa “Torpedo”nun zəif olmasından qaynaqlanır? Bu qələbədə əsas rol baş məşqçiyə, yoxsa futbolçulara məxsusdu?

Təcrübəli mütəxəssis Aslan Kərimovla bu suallar ətrafında söhbətləşdik:

“Əslində “Zirə”nin böyükhesablı qələbəsində oyunu və qurduğu strategiya rol oynadı. “Torpedo”da Avropanın ən yaxşı komandalarından biri deyil. Bunu da başa düşmək lazımdı. İstənilən halda heyətində texnikalı oyunçular var idi. “Zirə” buna hazır olmasaydı, “Torpedo” onu əks-hücumlarda yaxalaya bilərdi. Həm futbolçular, həm də məşqçilər heyəti bunu öncədən düşünmüşdülər ki, biz daha çox dominant oynayacağıq. Top bizdə olacaq, amma itirəcəyimiz halda rəqib çətinlik yarada bilər. Bu səbəbdən buna hazırlıqlı olmaq lazımdı. Digər tərəfdən, “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər. Rəqib müdafiəçilər oyun qurarkən kifayət qədər top itkisinə yol verirdi. “Zirə” də bu fürsətdən istifadə edə bildi. Rəqibi təzyiq altında saxlayıb, qollar vurmağı bacardılar. Avrokuboklarda oynamaq “Zirə”nin planında yox idi. Bir çox oyunçularını istirahətə göndərməsi, transfer bazarında əsasən daxili çempionatı düşünərək hərəkət etməsi “qartallar”ın oyununa təsir edəcək amillər idi. Bu matçı belə qısa müddətdə hazırlıq görən “Zirə”nin ən yaxşı çıxışı hesab etmək olmaz. Daha effektli, daha güclü oynaya bilərlər. Belə qısa müddətdə maksimum səviyyədə hazırlaşmağı bacarıblar. Nə mümkündüsə, öhdəsindən gəldilər. Hesabın 3:0 olması son dəqiqələrdə futbolçuların rahatlamasına səbəb oldu. Məncə, bu rahatlıq hazırlıqsız olmaqdan yox, böyük hesabdan irəli gəlirdi.
“Zirə”nin “Torpedo” zəif olduğu üçün belə böyükhesablı qələbə qazandığını demək düzgün deyil. Burda bir çox amillər rol oynadı. “Zirə” rəqiblə müqayisədə daha çox komplektləşmişdi, ortaya yaxşı oyun üslubu ortaya qoydu, üstün strategiya seçdi. Bu amillərdən əlavə oyunçu keyfiyyətində də rəqibi üstələməyi bacardılar. Hesab edirəm ki, “Zirə” haqlı qələbə qazandı. Digər tərəfdən, Gürcüstan çempionatı bizim yerli liqadan geri qalsa da, “Torpedo”ya oynamaq imkanı versəydik, rəqibin hücumlarının qarşısını almasaydıq, bizə yetərincə qol vura bilərdi. Gürcüstan təmsilçisinin zəif görünməsinin bir səbəbi də onlara qarşı doğru strategiyanin seçilməsi idi. Bu qədər bəsit.
Məşqçi təklikdə heç nə demək deyil. Onun strategiyalarını meydanda həyata keçirən futbolçulardı. Onları bir yerə toplayan, strategiya quran adam lazımdı. Bu da məşqçinin vəzifəsidi. Məncə, bu qələbənin memarı həm futbolçular, həm də məşqçidi. Təkcə Rəşad Sadıqovu nəzərdə tutmuram. O və məşqçilər heyəti. Müəyyən məqamlarda, fiziki baxımdan, oyunçuların hazırlığı baxımından Rəşad Sadıqovun rolu böyükdü, amma texniki heyəti unutmaq lazım deyil. Nəticə etibarilə oyun planı, futbolçulara fərdi hazırlıq keçilməsi, qapıçı məşqçisi ilə ortaya keyfiyyət qoya bilirsən. Ya texniki heyətdən, ya da futbolçulardan biri hardasa axsayırsa, sonda istəyirsən ən yaxşı məşqçi ol, mərkəz müdafiəçinin səhvindən qol vurulursa, ediləcək bir şey qalmır”.

İSRAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-07-2026, 22:0

"Zirə"nin rəqibi superkuboku qazandı

Aktual / Avrokuboklar

24-06-2026, 17:0

“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!

Manşet / Avrokuboklar

10-07-2026, 10:0

“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi

Ölkə futbolu

6-07-2026, 15:0

“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır

Ölkə futbolu / Aktual

18-06-2026, 10:0

"Zirə"nin toplanış yeri hara olacaq?

Ölkə futbolu

9-07-2026, 13:0

500-cü oyun, 550-ci qol

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 281
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə