Bu məsələ ilə bağlı əvvəlcə “İmişli”nin mətbuat katibi Leyla Behbudlu ilə danışdıq:
“Hazırda əsas variant Yevlax şəhər stadionudu və bu istiqamətdə danışıqlar davam edir. Ağsu şəhər stadionu da nəzərdən keçirilən variantlar sırasındadı. Lakin həmin arenanın premyer-liqanın tələblərinə uyğunlaşdırılması üçün müəyyən işlərin görülməsi vacibdi. Yevlax şəhər stadionu isə bu baxımdan artıq hazır vəziyyətdədi. Buna görə də hazırkı mərhələdə ev oyunlarımızın Yevlax şəhər stadionunda keçirilməsi daha real görünür”.
Bəs “İmişli”nin Yevlaxa “köçməsi” “Karvan-Yevlax” üçün problem yaratmayacaqmı? Klublar stadionla bağlı razılığa gəlib? Bu suallara cavab tapmaq üçün qərb təmsilçisinin mətbuat katibi Bəhruz Musayev ilə əlaqə saxladıq:
“Xeyr. Problem olmayacaq. 1-ci liqanın matçları həftəiçi keçirilir, amma premyer-liqa matçları, adətən, həftəsonuna təsadüf edir. Stadion “İmişli”nin ev oyunlarını keçirməsi üçün tam hazır vəziyyətdədi. Ötən mövsüm həm “Karvan-Yevlax”, həm də “Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçirdi. Meydança indiki vəziyyətdə tam yararlıdı. Hələ ki bu məsələ rəhbərliklər səviyyəsində razılaşdırılmayıb”.
İSRAYIL XEYRULLAYEV






