Messi həm də dünya çempionatının antirekordçusudu!

11.07.2026 16:11 28
Dünya futbolu
Dünya çempionatında bir sıra rekordlara adını yazdıran Lionel Messi həm də antirekordçudu!

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının hücumçusu DÇ-2026-da antirekorda imza atıb.

“Opta”nın məlumatına görə, o, dünya çempionatları tarixində bir turnirdə iki penaltini boşa verən ilk futbolçu olub. Bu göstərici 1/8 finalın Misirlə matçında qeydə alınıb.

Xatırladaq ki, Messi qrup mərhələsinin Avstriya ilə matçında da 11 metrlik cərimə zərbəsini qola çevirə bilməmişdi.