Qadın güləşçimizdən tarixi uğur

11.07.2026 21:30 7
İdman
Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.