İngilis futbolçu “2” aldı

11.07.2026 23:52 6
Dünya futbolu
Carell Kuansanın aqibəti məlum olub.
İngiltərə yığmasının müdafiəçisi DÇ-2026-da 2 oyunluq diskvalifikasiya edilib.


"Football-plus.az" xəbər verir ki, 23 yaşlı futbolçu Meksika ilə 1/8 final matçında (3:2) qırmızı vərəqə aldığı epizoda görə cəzalandırılıb. Kuansanın qayda pozuntusunun xarakterini nəzərə alan FİFA-nın İntizam Komitəsi standart bir oyunluq cəzanı ağırlaşdırmaq qərarına gəlib.

Beləliklə, futbolçu Norveçə qarşı 1/4 finalı, İngiltərə növbəti mərhələyə çıxarsa, mümkün yarımfinalı da buraxacaq.