Bentu yenə Asiyada çalışacaq

12.07.2023 21:42 187
Dünya futbolu
Paulu Bentu bundan sonra da Asiyada işləyəcək. O, Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi təyin olunub.


"Football-plus.az" xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinin məlumatına görə, portuqaliyalı mütəxəssislə bağlanan müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Onun qarşısına komandanı dünya çempionatının final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub.

Xatırladaq ki, 54 yaşlı Bentunun sonuncu iş yeri 2022-ci ilin dekabrında ayrıldığı Koreya yığması olub.