Belçika yığması İspaniyaya qarşı oyuna itki ilə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Zeno Debast DÇ-2026-nın 1/4 finalında keçiriləcək oyunu buraxacaq. Bu haqda Belçika Kral Futbol Assosiasiyası məlumat yayıb. Futbolçunun klubu “Sportinq” onun səhhətinin matçda iştirak etməyə imkan vermədiyini hesab edir. Maraqlıdı ki, bu mövqe Belçika yığmasının tibbi heyəti, həmçinin FİFA-nın tibbi və sığorta qurumlarının rəyindən fərqlənir.
Hazırda Debast fiziki hazırlıq şöbəsinin nəzarəti altında fərdi məşqlər edir.