"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi

10.07.2026 22:46 29
Ölkə futbolu
"Neftçi" bu gün Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi "Radniçi Niş" ilə üz-üzə gəlib.

Serbiya təmsilçisi ilə oyun "Neftçi"nin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. "Neftçi"nin heyətində Breno Almeyda (2, 26) dubl edib. Digər qolu isə Ağadadaş Salyanski (82) vurub.

"Neftçi" bunadək "Partizan"a (Serbiya) 0:1, ÇFR-ə (Rumıniya) isə 1:2 hesabı ilə uduzub.