İki güləşçimiz finalda - AÇ

11.07.2026 19:55 15
İdman
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, sərbəst güləşçimiz Camal Abbasov (61 kq) yarımfinalda italiyalı Paskuale Liutsi ilə qarşılaşıb.

Həmyerlimiz rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək U20 Avropa çempionatının finalına yüksəlib.

74 kq-da çıxış edən Nurlan Ağazadə yarımfinalda türkiyəli Umut Uslu ilə üz-üzə gəlib. Ağazadə rəqibini 10:1 qalib gələrək adını finala yazdırıb.