Yubiley qolunun müəllifi oldu

11.07.2026 21:01 7
Dünya futbolu
Entso Fernandes dünya çempionatları tarixinin 3000-ci qolunun müəllifi olub.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının oyunçusu DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən və komandasının 3:2 hesablı qələbəsi ilə başa çatan matçda qapıya yol tapıb. Fernandes 90+2-ci dəqiqədə baş zərbəsi ilə həm tarixi qola imza atıb, həm də komandasına qələbə qazandırıb. Argentina 79-cu dəqiqəyədək iki top fərqi ilə geridə olsa da, geridönüş edərək 1/4 finala yüksəlib.

Hazırkı dünya çempionu növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul