• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti”, yoxsa “Liverpul”? Qvardiola, yoxsa Klopp?

Dünya futbolu / Manşet

22-05-2022, 11:0

Premyer-liqa tarixində 9 dəfə çempionun adına son turda aydınlıq gəlib.

Bu gün premyer-liqada son turun oyunları keçiriləcək. Əvvəlcə “Liverpul”un, ardından “Mançester Siti”nin heç kimdə şübhə doğurmayan çempionluğunun ardından bizi yenə maraqlı sonluq gözləyir. 1992-ci ildən bəri 9-cu dəfə premyer-liqanın qalibinin adı mövsümün son günündən bilinəcək. Bu dəfə MS ilə “Liverpul” arasında amansız mübarizə gedir.

İndi biz “qızıl”ın taleyinin son gündə həll olunduğu bütün mövsümləri xatırlayacağıq. Amma “Liverpul” azarkeşləri üçün bunu eşitmək nə qədər acı olsa da, qeyd etməliyik ki, premyer-liqa dönəmində son günə 2-ci yerdə qədəm qoyan heç bir komanda çempion ola bilməyib. Belə qəhrəmanlığa imza atan sonuncu komanda 1988/89 mövsümünün “Arsenal”ı olub. Həmin vaxt “topçular” məhz “Liverpul”u “Enfild”də 2:0 hesabıyla məğlub etməklə titulu əlavə göstəricilərə (qol sayına) görə ələ keçirmişdilər. Beləliklə, İngiltərə çempionatında qalibin son turda müəyyənləşdiyi mövsümlərə baxaq.

1994/95. “Blekbern” və ya “Mançester Yunayted”

Çempionatın lideri olan “Blekbern” mövsümün 2-ci yarısında xal qazanmaq baxımından “əyləci basan” MY-dən iki xal öndə “Enfild”ə yollandı. Sonuncu gündə qələbə “Rovers”ə çempionluq qazandıracaqdı və Alan Şirer komandasını irəli çıxanda artıq hər kəs titulun taleyinin həll olunduğunu düşünməyə başladı. Ancaq “Liverpul” oyunun axarını dəyişdi. Ceymi Rednappın 90-cı dəqiqədəki qələbə qolu o demək idi ki, “Vest Hem”lə səfərdə oynayan MY titulu qazanmaq üçün meydandan mütləq qələbə ilə ayrılmalıdı. Çoxsaylı zərbələrin qarşısını qapıçı Lüdek Miklosko əjdaha kimi aldı. Heç-heçə (1:1) MY-ni cəmi 1 xal qabaqlayan “Blekbern”in tarixində ilk və sonuncu dəfə çempionluğu bayram etməsinə şərait yaratdı.

“Blekbern”in “sükanı arxasındakı” Kenni Dalqliş müharibədən sonrakı illərdə iki fərqli komanda (“Liverpul”la da 3 titul qazanmışdı) ilə çempion olan 2-ci baş məşqçi oldu. Ona qədər Brayan Klaff “Derbi” və “Nottingem Forest” ilə titul qazanmışdı.

1995/96. “Mançester Yunayted” və ya “Nyukasl”

“Nyukasl” həmin mövsüm 2-ci dövrənin gedişində MY üzərindəki 12 xallıq fərqin “əriməsinə” imkan versə də, yenə də mövsümün son günündə çempionluğu qazanacağına əmin idi. “Sağsağanlar”a “Tottenhem”lə oyunda qələbə, həmçinin Aleks Ferqyusonun komandasının uduzması lazım idi. Ancaq “Midlsbro” ilə səfər oyununun lap əvvəlində Mey “qırmızı şeytanlar”ı irəli çıxanda bu kiçik ümidlər də söndü. Endi Koul və Rayan Giqqz fərqi artırdılar, “Nyukasl” isə yalnız heç-heçə etməklə titulun Mançesterə qayıtmasına əngəl ola bilmədi.

1998/99. “Mançester Yunayted” və ya “Arsenal”

MY-nin ən möhtəşəm mövsümü. Komanda mövsümü “trebl” ilə bitirdi. Bu planın ilk hissəsi – premyer-liqa çempionluğu son turda yerinə yetirildi. “Arsenal” son çempion idi, Vengerlə Ferqyuson arasındakı rəqabət isə artıq zirvə həddinə çatmışdı. “Arsenal”a, sadəcə, “Yunayted”dən daha yaxşı nəticə göstərmək lazım idi. “Tottenhem” “Old Trafford”dakı oyunda önə keçəndə belə görünürdü ki, londonlular titulu qoruya biləcək. Ancaq Devid Behkemlə Endi Koulun vurduğu qollar “qırmızı şeytanlar”a qələbə qazandırdı. “Arsenal”ın “Aston Villa” üzərindəki qələbəsi isə işə yaramadı.

2007/08. “Mançester Yunayted” və ya “Çelsi”

Texniki cəhətdən bu qarşıdurmanı da hesaba almışıq. Ancaq “Çelsi” onda “Yunayted”dən 3 xal geri qalırdı, top fərqində də ciddi gerilik var idi. Demək olar ki, hər şey həll olunmuşdu. “Yunayted” səfərdə “Uiqan”ı məğlub etdisə, Avraaç Qrantın “Çelsi”si “Bolton”la oyunda 1 xal qazana bildi. Yəni titul yenə Ferqiyə qismət oldu.

2009/10. “Çelsi” və ya “Mançester Yunayted”

Bu duel “zadəganlar” üçün uğurlu oldu. Onlara titul qazanmaq üçün “Uiqan”ı evdə məğlub etmək kifayət idi. “Old Trafford”da “Stok Siti”ni qəbul edən “Yunayted” isə özü qələbə qazanmaqla yanaşı, londonluların səhvinə bel bağlayırdı. Ferqinin komandası 4:0 hesabıyla qələbə qazandı. Ancaq “Çelsi” də axmaq deyildi, “Uiqan”ın qapısına vurulan 8 cavabsız qol “zadəganlar”a tarixindəki 4-cü çempionluğu qazandırdı. Faktiki premyer-liqanın son günündə elə bir gərginlik yaşanmadı. Karlo Ançelotti İngiltərədə ilk çempion titulunu qazandı, ən əsas dram isə ikiilliyə təxirə salındı...

2011/12. “Mançester Siti” və ya “Mançester Yunayted”

Bəlkə də premyer-liqa erasında ən yaxşı mövsümsonu yaşandı. “Mançester Yunayted” Sanderlendə yollandı, turnir cədvəlinə yalnız topların daha yaxşı fərqinə görə başçılıq edən “Siti” isə KPR-li qəbul edirdi. Elitanı tərk etmək təhlükəsi ilə üzləşən KPR ilə oynayan “Siti”nin azarkeşləri günün onlar üçün sakit keçəcəyini düşünürdülər. Ancaq belə düşüncələr həqiqətdən uzaq imiş.

Pablo Sabaleta “Siti”ni irəli çıxardı, ancaq KPR Cibril Sissenin qolu ilə cavab verdi. Ardından Coui Bartonun meydandan qovulması “Siti”nin qələbə şansını artırdı. Ceymi Mekki qonaqları irəli çıxmaqla Mançesterin “Siti”yə könül verən hissəsini qəm dəryasında batırdı. Bundan sonra nələrin yaşandığını hər kəs bilir. 92-ci dəqiqədə Edin Ceko cavab qolunu vurdu. “Mançester Yunayted isə artıq “Sanderlend”lə oyunda 1:0 önə çıxmışdı. “Qırmızı şeytanlar” elə meydandaca “Etihad”da səslənəcək final fitini gözləyirdilər. Ancaq Aqueronun uzatma dəqiqələrindəki növbəti qolu şəhərin bir hissəsini məyus etdi, o biri hissəsini dəliyə döndərdi.

2013/14. “Mançester Siti” və ya “Liverpul”

Bu mövsüm də titula iddialı olan iki komanda arasındakı daha bir cəlbedici yarış. Lider mövqeyində qərarlaşan “Siti”yə titulu qazanmaq üçün “Vest Hem”i məğlub etmək lazım idi. “Liverpul” sonuncu gün “Nyukasl”ı məğlub etdi. Ancaq “Siti” də yüngül qəzəbə qazandı – Samir Nəsri ilə Vensan Kompaninin qolları “şəhərlilər”i üç mövsüm ərzində 2-ci titula daşıdı.

2018/19. “Mançester Siti” və ya “Liverpul”

Son turda Braytona yollanan “Siti” vəziyyətə nəzarət edirdi. Çünki “Vulverhempton”u qəbul edən “Liverpul”dan 1 xal irəlidə idi. Həmin mövsüm titul uğrunda barışmaz mübarizə aparan Yürgen Kloppun yetirmələri də çox iş görmüşdü. “Liverpul” 2-ci yeri tutan komandalar üçün rekord sayıla biləcək 97 xal topladı. Ancaq Pep Qvardiolanın yetirmələri büdrəmədi – 4:1. Belədə “Liverpul”un 2:0 hesablı qələbəsi işə yaramadı.

Gördüyünüz kimi, premyer-liqada son 5 mövsümdə titulu ya “SiTi”, ya da “Liverpul” qazanır. Daha dəqiqi, bu müddətdə üç dəfə çempion olan MS yenə titul yaxındı. Çempionlar Liqasının son 5 finalından dördündə də bu komandalardan biri olub (1 dəfə “Siti”, 3 dəfə “Liverpul”). Odu ki, bizi yenə möhtəşəm sonluq gözləyir. “Liverpul”un futbol tarixinə bir mövsümdə kavadrupl (3 yerli titul + Çempionlar Liqası) etməyi bacaran ilk İngiltərə klubu kimi düşmək şansı var.

Nəhayət: siyahıya baxanda görürsüz ki, bütün hallarda tərəflərdən biri ya Mançester təmsilçisi, ya da “Liverpul” olub. Bu da əlavə nəsə deyirmi?!

ORXAN

Oxunub: 163
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Dünya futbolu

26-05-2022, 12:0

Klopp çempion ola bilməsə də...

Dünya futbolu

28-02-2022, 10:0

"Liverpul" doqquzuncu dəfə bunu bacardı

Dünya futbolu

6-03-2022, 18:0

Van Diyk premyer-liqa rekordunu yenilədi

Dünya futbolu

12-12-2021, 14:0

Premyer-liqada 4-cü yerə yüksəldi

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:50
    Neymar yenidən bu mükafata sahib çıxdı
  • Dünən, 23:31
    “Ayntraxt”da ayrılıq
  • Dünən, 23:15
    “Sabah”dan böyükhesablı qələbə - VİDEO
  • Dünən, 22:45
    “Turan Tovuz”dan səfər qələbəsi - VİDEO
  • Dünən, 22:15
    Dünya çempionu “Yuventus”a lazım deyil?
  • Dünən, 21:51
    Bundesliqanın tarixinə düşdü
  • Dünən, 21:30
    Qriliş ilə Akeni arxada qoydu
  • Dünən, 21:15
    Premyer-liqanın ən baha 10 transferi
  • Dünən, 20:49
    Murad Musayev: "Regionlarda oynamaq çox çətindi"
  • Dünən, 20:30
    Şahin Diniyev: "Bu, gələcəyə nikbin baxmağa imkan verir"
  • Dünən, 20:05
    “Sabah” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB
  • Dünən, 19:55
    Yanvarın ən baha 20 transferi - SİYAHI
  • Dünən, 19:30
    “Çelsi” MS-nin rekordunu yenilədi
  • Dünən, 19:11
    Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL
  • Dünən, 18:43
    Şəhriyar Əliyevin karyerasında
  • Dünən, 18:10
    Azarkeş qrupu "Neftçi"nin təklifini qəbul etmir - AÇIQLAMA
  • Dünən, 17:50
    Məşqçi həbs olundu
  • Dünən, 17:39
    Vinisius 200-ə çatdı
  • Dünən, 17:26
    Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 17:13
    Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar
  • Dünən, 17:00
    "Qəbələ" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 16:56
    "Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli
  • Dünən, 16:35
    "Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov
  • Dünən, 16:23
    Rekord görmək istəyən 92 min dollardan keçsin!
  • Dünən, 15:51
    Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
  • Dünən, 15:34
    Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar
  • Dünən, 15:07
    UEFA-dan Türkiyəyə dəstək mesajı
  • Dünən, 14:52
    Hamı onun getməsini istəyir?
  • Dünən, 14:43
    AGİN narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb - VİDEO
  • Dünən, 14:26
    1-ci və 100-cü: “Kəpəz”ə qarşı
  • Dünən, 14:09
    "Şamaxı"-"Turan Tovuz" oyununda problem
  • Dünən, 13:55
    "Valensiya"nın 15 illik həsrəti
  • Dünən, 13:41
    Sponsorların olmaması bölgə təmsilçisinə mane olur - AÇIQLAMA
  • Dünən, 13:32
    Ulduzların oyunu üçün hər şey hazırdı
  • Dünən, 13:24
    Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
Daha çox
Oxunub: 8 438
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 848
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 2 699
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 2 520
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 759
"Şamaxı"-"Turan Tovuz" oyununda problem
Oxunub: 678
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə