PSJ-nin ulduz futbolçusu Neymar zədəsini sağaldıb.
"Football-plus.az" xəbər verir ki, braziliyalı hücumçu bazar ertəsi komanda ilə məşqlərə başlayıb.
31 yaşlı futbolçu 4 aydan sonra ilk dəfə qrup halında məşqdə iştirak edib. Xatırladaq ki, Neymar martda topuğunun zədələnməsinə görə əməliyyat olunmuşdu.
O, bu səbəbdən Fransa çempionatının son mövsümündə 20 oyun keçirmiş və 13 qol vurmuşdu.