Veteran futbolçu özünə komanda tapdı

11.07.2023 11:55 213
Dünya futbolu
Eşli Yanq özünə yeni komanda tapıb.


"Football-plus.az" xəbèr verir ki, veteran futbolçu karyerasını “Everton”da davam etdirəcək.

38 yaşlı müdafiəçi bu gün Mersisayd klubunda tibbi müayinədən keçəcək və səhhətində hər hansı problem aşkarlanmasa, “1+1 il”lik müqavilə imzalayacaq.

İngilis futbolçunun sonuncu klubu iyunda tərk etdiyi “Aston Villa” olub. Eşli əvvəllər “İnter”, “Mançester Yunayted” və “Uotford”da da çıxış edib.