• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zərərli vərdişlər - KÖŞƏ

Manşet / Yazarlar

8-07-2023, 13:0

Təxminən 10-15 ilin söhbətidi. Yolum polis bölməsinə düşmüşdü.

Həmin axşam da “Qalatasaray” Çempionlar Liqasında “Yuventus”la qarşılaşmalıydı. İşimi həll etməli olan polis əməkdaşı da sarı-qırmızı rənglərə könül veribmiş, söhbət əsnasında bunu öyrəndim. Onu da hiss etdim ki, adam xeyli həyəcanlıdı, “Cim-Bom”un qələbə qazana bilməyəcəyindən narahatdı. Polis zabitinin “incə damarını tutdum”, dedim ki, mən də “Qalatasaray” azarkeşiyəm, keçmişdən, gələcəkdən danışdıq. Kişini ürəkləndirdim, əmin etdim ki, “aslanlar” “qoca sinyora”ya uduzsa belə, ləyaqətlə mübarizə aparacaq, bizim üçün vacib olan da budu. Danışdıqlarımız həmsöhbətimin əhvalını tam dəyişdi, üzü gülməyə başladı. Qısa müddətə işimi də yoluna qoydu, məni qapıya qədər yola saldı.

İkinci oxşar hadisə şəhərin şimal girişində yaşandı. Xırda qayda pozuntusuna görə yol polisi əməkdaşları məni saxladı, sonra da üzdən kiməsə oxşatdıqlarını deyib, sorğu-sual etməyə başladılar. İdman jurnalisti olduğumu bilən kimi “səni televizorda görmüşük” dedilər. Yorğunluqdan, bir az da yol polisinin saxlamasına görə yaranan gərginlik bir anda üzərimdən götürüldü. Onsuz da hansısa kobud qayda pozuntusuna yol verib, qəza şəraiti yaratmamışdım. Yəni həmin qayda pozuntusuna göz yummaq asan iş idi. Sağ olsunlar, polislər jurnalist olduğumu bilən kimi güzəştə getdilər, hələ futbolumuzdan şikayətlənməyə macal da tapdılar. Mən də ayaq saxlayıb, futbolumuzun bəzi acı reallıqları, AFFA-nın bədnam siyasəti ilə bağlı onlara danışdım. Hiss etdim ki, izahatım, gətirdiyim dəlillər ürəklərindən xəbər verdi. Onlar da öz ürək sözlərini dedilər, beləcə, sağollaşıb, ayrıldıq.

Bütün bu əhvalatları sizə nəql etməkdə məqsədim var. Heç də “polis və mən”, yaxud da “Azərbaycan polisinin futbol sevgisi” mövzusunun dərinliklərinə baş vurmaq fikrində deyiləm. Sözümün canı odu ki, Azərbaycanda müxtəlif peşə sahibləri arasında futbolla maraqlanan, futbolumuzun uğurunu istəyən yetərincə azarkeş var. Amma milli komandalarımızın, yaxud da premyer-liqanın oyunları zamanı tribunalara baxırsan, bir cüt, iki tək azarkeş görə bilirsən. Əksər oyunlarda tribunalar boş qalır. Gələnlərin də əksəriyyət azyaşlılar, yeniyetmə və gənclər olur. Orta yaşlılar və daha böyüklər tribunalara gəlməyi, futbola baxmağı artıq məşğuliyyət sayır. Baxmayaraq ki, onlar da futbola biganə deyil. “Neftçi”nin SSRİ çempionatında keçirdiyi oyunlardan çəkilən kadrları yadınıza salın. Görüntülərdə neçə-neçə ahıl yaşlı adam, ortayaşlı şəxs görmək mümkündü. Təəssüf ki, indi həmin ənənələr yoxdu.
Tribunada futbolu bilən azarkeşin olması futbolçular üçün də əlavə məsuliyyətdi. Eləcə də sosial şəbəkələrdə, mətbuatda aparılan müzakirələrdə ciddi fikirlərin səslənməsi, sağlam və tutarlı tənqidlərin yazılması futbolçuların məsuliyyətini artırır. Yoxsa onlar da baxır ki, tribunada hələ dünyanın axarından xəbərsiz uşaqlar oturub, onlar üçün əl çalırlar. Belədə həmin futbolçu da 90 dəqiqəni yola verir, formasını tərlətməyi belə vacib saymır. Eləcə də sosial şəbəkələrdəki müzakirələrdə hansısa ciddi bir fikir yazırsan, görürsən ki, altına özünü fanat hiss edən, əslində isə öz dediyini də dərk etməyən birisi artıq-əskik söz yazıb. Bütün bunlar bizim kimi ciddi fikir sahiblərinin vecinə olmasa da, futbolçuların və məşqçilərin çörəyinə yağ sürtür. Dəyərli həmkarlarımdan biri İqor Getmanın “Zenit”lə oyunun 90+3-cü dəqiqəsində zədələnən “Neftçi”nin qapıçısı Aqil Məmmədovun yerinə İvan Brkiçi yenidən meydana qaytarmasını tənqid edib, son 2-3 dəqiqədə gənc Rza Cəfərova şans verilməsiylə dünyanın dağılmayacağını yazıb. “Ağ-qaralar”ın azarkeşlərinin buna münasibəti adamı dəhşətə salır. Adam gənc qapıçıya dəstək olan statusa qahmar çıxıb, məsələnin mahiyyətinə varmaq əvəzinə həmkarıma irad tutub. Özü də necə? Azarkeş eynilə belə də yazıb:

“Bu gün “Qarabağ” da “Legiya”ya uduzub, ondan da danışın”.


Bunlar zərərli vərdişlərdi, dostlar. Biz sevimli komandalarımıza dəlicəsinə aşiq ola bilərik. Amma bu azarkeşlik duyğusu futbolumuzun dəyərini aşağı salmamalı, həqiqətə və haqq sözü deyənlərə münasibətdə qeyri-obyektivliyə səbəb olmamalıdı. Tərgidin belə zərərli vərdişlərinizi. Ondan sonra başqa məsələlər barədə də danışmaq olar.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Premyer-liqa / Manşet

12-03-2023, 19:0

Şok: Şamaxı polisi “Futbol+”in əməkdaşını bölməyə aparmaq istədi

Manşet

4-07-2023, 12:0

Üzüntü: polis jurnalistdən çox sevilir!

Dünya futbolu

12-05-2022, 09:0

"Qoca sinyora"da ayrılıq

Ölkə futbolu / Manşet

27-04-2023, 17:0

Azarkeşlərin davranışına görə Şamaxı rayon Polis Şöbəsinə şikayət olunub - ÖZƏL

Manşet / Çempionlar Liqası

17-08-2022, 17:0

Polis pley-off oyununa bilet satışı ilə bağlı tədbir gördü - 7 nəfər saxlanıldı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə