• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nazirin məntiqi və “idman ölkəsi”nin acı reallığı - KÖŞƏ

Manşet / Yazarlar

8-07-2023, 11:0

Gənclər və idman naziri Fərid Qayıbov 3-cü Avropa Oyunlarında uğursuz çıxışın səbəbini açıqlayıb.

Onun qurumun rəsmi saytındakı qeydlərinə keçid alaq:

"Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılan medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidi. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə nəticələri təhlil edib müzakirələr aparmalıyıq".


Nəzərinizə çatdırım ki, təmsilçilərimiz Polşada təşkil olunan yarışı 11 medalla (3 qızıl, 2 gümüş və 6 bürünc) 24-cü pillədə başa vurub. Əvvəlki iki analoji yarışla müqayisədə arada böyük uçurum var. Bu üzdən nazirin açıqlaması ölkə idmanının acınacaqlı durumu ilə qətiyyən uzlaşmır. Qayıbov “ənənəvi medal gətirən idman növləri” deyəndə əsasən güləşi nəzərdə tutur. Amma unudur ki, “idman ölkəsi” yalnız bir idman növünün ümidinə qalmamalı, ondan asılı olmamalıdı. Nazirin diqqətinə onu da çatdırım ki, Polşada Rusiya və Belarus milliləri də çıxış etməyib ki, bu da idmançılarımız üçün əlavə şans idi. Amma...

Görünən dağa bələdçi lazım deyil, hörmətli nazir! “İdman ölkəsi” son illərdə yüksək sürətlə üzüaşağı yuvarlanır. Bu proses Tokio Olimpiadasından başlayıb və Prezident İlham Əliyev də həmin vaxt bununla bağlı narahatlığını dilə gətirib, lazımi tədbirlər görülməsini tapşırıb. Problemlər həqiqətən başdan aşır. Güləş başda olmaqla cüdo, boks, taekvondo və digər medal qazandığımız ənənəvi növlərdə yetərincə çatışmazlıq var. Belə olmasaydı, bəzi yığmalar legionerlərlə aşıb-daşmazdı. Üstəlik, onların böyük əksəriyyəti nüfuzlu yarışlara turist kimi gedib-gəlməzdi. Sıradan turnirlərdə qazandıqları uğurları təmsil etdikləri federasiyalar böyük hadisə kimi ictimaiyyətə sırımazdı. Adamlar anlamır ki, bu, özü-özünü aldatmaqdan başqa bir şey deyil. Qarşıdan isə Paris Olimpiadası gəlir. Bu haqda düşünmək, biabırçı durumdan çıxış yolları axtarmaq lazımdı. Yəqin ki, “federasiyalarla birlikdə nəticələri təhlil edib müzakirələr aparmalıyıq” deyən nazir məhz bunu nəzərdə tutur. Belədisə, xeyli xub!

Məyus olduğum digər məqam Polşaya aparılan çoxsaylı həmkarlardan bir neçəsinin nazirin bu tezisi əsasında fikirlər bölüşməsidi. Böyük əksəriyyət isə işini yarış müddətində xəbər və açıqlamalarla bitmiş sayıb. Üzülsəm də, təəccüblənmədim. Gözləyirdim. Çünki qarşıda hələ nə qədər belə səfərlər, pulsuz gəzintilər olacaq. Susmaq və “malalamaq” lazımdı ki, yenidən nümayəndə heyətinin tərkibində yer alasan. Görmədiyin yerlərə baş çəkəsən, fərqli pozalarda “selfi” edəsən. Halbuki problemləri üzə çıxarmaq, araşdırmaq, həlli yollarını göstərmək jurnalistin birbaşa vəzifə borcudu. Susmaq, “malalamaq” isə “ayı xidməti”di. Şəxsən mən, çalışdığım “Futbol+” 20 ildən çoxdu bayraq etdiyimiz “Vətən idmanı və idmançıları ilə ucalsın!” şüarına sadiqik. Bundan sonra da belə olacaq. Problemləri qabardıb, Azərbaycanın adını, üçrəngli bayrağını zirvələrə qaldıranları vəsf edib, həqiqəti deyəcəyik. Əsl dost kimi! Bu, bizə kənarda qalmaq hesabına başa gəlsə də...

P.S. Fərid Qayıbov 2021-ci il sentyabrın 7-də nazir postuna təyin olunub. Təbii ki, qlobal dəyişikliklər üçün böyük müddət deyil. Lakin indiyədək yetərincə fəal olub, diqqətçəkən addımlar atıb, qərarlar verib, idman ictimaiyyətinin və jurnalistlərin rəğbətini qazanıb. Bir sözlə, hörmət olunan, hətta sevilən dövlət adamıdı. Amma bütün bunlar ölkə idmanına cavabdeh bir şəxsin acı reallığı görməzdən gəlməsinə əsas vermir. Problemləri ilk növbədə məhz nazir özü qabartmalı, ağa “ağ”, qaraya “qara” deməli və məsul şəxslərdən hesabat tələb etməlidi.

P.P.S. 10 ildi Azərbaycan futbolunun yükünü təkbaşına “Qarabağ” daşıyır. Pis alınmasa da, gözləntiləri tam qarşılaya bilmir. Belə görünür, başqa idman növlərinin yükünü daşımaq vəzifəsi güləşə verilir. Qətiyyən alınmaz!

KƏNAN HƏSƏNOV

Paylaş:
Digər xəbərlər

İdman

1-04-2023, 13:0

Azərbaycan idmançıları ötən ay neçə medal qazanıb?

İdman

3-05-2023, 13:0

İdmançılarının apreldə qazandıqları medalların sayı bəlli oldu

Aktual

4-02-2023, 11:0

Azərbaycan idmançıları 30-dan çox medal qazandılar

İdman

7-04-2023, 14:0

Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşdü

İdman

31-03-2022, 10:0

Nazir boksçuları qəbul etdi

İdman

20-05-2022, 10:0

Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşdü

Aktual
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
Son xəbərlər
  • Bu gün, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Bu gün, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Bu gün, 17:28
    La Liqada hamını qabaqladı
  • Bu gün, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Bu gün, 16:26
    Bundestimdə itki
  • Bu gün, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Bu gün, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Daha çox
Oxunub: 717
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 249
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 249
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə