Həmin vaxt stadionda olan "Football-plus.az" saytının əməkdaşı bunun səbəbini aydınlaşdırmağa çalışıb. Azarkeşin paltarını geyinməsinə göstəriş verən leytenantın cavabı belə olub:
"Şamaxı stadionunun tribunaları yaşayış məntəqələrindən görünür. Orda yaşayanlar əvvəlki oyunlarda stadiona gələn fanatların köynəyini çıxarmasından narazı qalaraq Şamaxı rayon Polis Şöbəsinə müraciət edib. Bizə də rəhbərliyimiz tərəfindən bununla bağlı göstəriş gəlib ki, oyunlarda azarkeşlərin soyunmasına yol verməyək".
ABDULLA İSMAYILOĞLU






