• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Get, amma... - YAZI

Manşet / Yazarlar

6-07-2023, 12:0

Ölkə çempionatının son mövsümündə xarüqələr yaradan, birlikdə 43 qol vuran Ramil Şeydayevlə Musa Qurbanlını növbəti mövsüm iş başında görməyəcəyik. Klubların yeni transferlərinin gücündən xəbərdar deyilik, odu ki, bu iki futbolçunun gedişinin bütövlükdə premyer-liqa üçün hansı dərəcədə itki olacağını demək çətindi. Sırf estetika, baxımlılıq prizmasından yanaşsaq, həm Ramil, həm də Musa oyunu ilə azarkeşləri tribunalara cəlb edən futbolçulardan idi.

Amma bu iki seçim arasında çox ciddi məzmun fərqi var. Biri Taylanda gedib, o biri isə İsveçə. 21 yaşını aprelin 13-də tamamlayan Musanın (yeri gəlmişkən, onun atası ilə eyni gündə - düz 30 il sonra dünyaya gəlməsi də xoş təsadüfdü...) seçimi anlaşılandısa, 27 yaşlı Ramilin qərarı yalnız təəssüf doğurur.

Neytral azarkeşin, jurnalistin, futbol adamının ölkə çempionatına maraq göstərməsinə, oyunları izləməyə çalışmasına səbəbkar olan 3-5 futbolçu varsa, biri məhz Ramil idi. Ümumi fonda seçilirdi, liderlik keyfiyyətləri olmasa da (hansı azərbaycanlı futbolçuda var ki?!), qeyri-adi qərarlar verə bilirdi. Bu mənada Azərbaycan çempionatı kasıblayacaq, “Qarabağ”ın oyunlarında gözümüz istər-istəməz seçilən yerli futbolçu axtaracaq — həm Ramili, həm də Musanı.

İkinci məqam: Ramil Rusiya futbolunun yetirməsi olsa da, yerli, burda doğulan, boya-başa çatan azərbaycanlı futbolçuların xarakterik cizgilərini, mentallıq özəlliklərini çox tez götürdü. Bura davranışdan, dini baxışlardan tutmuş hadisələrə münasibətə qədər ən müxtəlif məsələlər daxildi ki, ölkə futbolunu yaxından izləyənlər nə demək istədiyimi göydə tutacaq. Yerli futbolçunun özəlliklərinin başında isə pula hərislik, “ya indi, ya da heç vaxt” prinsipi dayanır ki, bununla da maksimum Biləcəriyə qədər getmək olar. Hərçənd “Bakı”nın bazası söküləndən sonra daha orda da getməli futbol obyekti yoxdu. Ramilin bu yaşda Asiyanı seçməsində mən həm də “Qarabağ” istədiyim pulu vermədi, o pulu Taylandda qazanacam” inadı hiss etdim. İnadkarlıq yaxşı keyfiyyətdi, ancaq sağlam olanda, adamı tərəqqiyə aparanda!

Üçüncü məqam: dünya futbolunda dəbi müəyyənləşdirən Avropadan Asiyanın heç kimə lazım olmayan ölkələrinə yollanmaq yumşaq desəm, axmaqlıqdı. Bu gün dünya idmanında “ala qarğa”ya dönən Rusiyanı seçməyə də göz yummaq olardı. Baxmayaraq ki, Rusiyanı seçməyin çox bəd, braziliyalı Kadi Borgesin vecinə də olmayan, amma azərbaycanlı Ramili düşündürməli yönləri var. Heç Rusiyanı da seçmədi, Avropa klub turnirlərinin parlaq cazibəsini Asiyanın alaq otlarına qurban verdi. Yazıqlar olsun!

Dördüncü, beşinci, hətta altıncı məqam da tapmaq olar. Amma bütün bunlar heç nəyi dəyişməyəcək. Faktiki “Qarabağ” Çempionlar Liqası ərəfəsində iki əsas ulduzunun xidmətindən məhrum oldu. Kimsə mənə dünyada futbolçudan çox futbolçu olduğunu deməsin. Cica, Dyakabi və Benzyanın nümunəsində bu prinsipin doğrulmadığını gördük. Mənə qalsa, bunların üçü birə (oxu: Vaciyə!) dəyməz, biri də heçə. Təbii, mənim ölkə klublarının heyət seçiminə qarışmaq, kiməsə məsləhət vermək niyyətim yoxdu. Sadəcə, görünən mənzərə budu ki, “Qarabağ”ın Ramillə Musanın yerini doldurması çətin, bəlkə də mümkünsüz olacaq. Bir daha xatırladıram ki, söhbət ölkə çempionatının son mövsümündə birlikdə 43 qol vuran iki futbolçudan gedir.

Yığmanın taleyinə, acı perspektivinə toxunmaq istəmirdim, ancaq söz-sözü çəkdi, bu da yadıma düşdü. Sən Allah, ulduzları Asiyaya can atan (Emin Mahmudovun gözlənilən transferini də nəzərdə tuturam), bir başqa ulduzu (əlbəttə, bu şəxs Mahir Emrelidi!) Türkiyədə heyətə düşməyən komandadan sabah hansısa nəticə tələb etməyə haqqımız olacaqmı? Olmayacaq, yenə məğlubiyyətlərdən qovrulacaq, kinimizi-nifrətimizi sosial şəbəkələrə, yazılara tökəcəyik.

Azərbaycanlı futbolçunun — burda da yetişsə, başqa ölkədə də! — müəyyən maksimumu var ki, heç bir halda ondan yuxarı qalxa bilməyəcək. Ramilin qərarı bu yöndə növbəti və daşdan keçən sübutdu. Bu üzdən ona bir kəlmə ilə “xeyir-dua vermək” istəyirəm: get, amma... Bu yaşda ora getməyə dəyməzdi!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-08-2022, 11:0

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

Aktual / Ölkə futbolu

14-06-2023, 13:0

Avropa klubu Musa Qurbanlını transfer edə bilər

Ölkə futbolu

30-06-2023, 16:0

Ramil Taylanda yola düşdü - FOTO

Premyer-liqa / Manşet

12-05-2023, 23:0

Premyer-liqanın bombardiri kim olacaq? - AÇIQLAMALAR

Ölkə futbolu

11-03-2023, 21:0

Musa bombardirlər siyahısında vahid liderdi

Premyer-liqa / Manşet

6-04-2023, 21:0

Ramil Şeydayevlə maraqlanan Rusiya klublarının adları bəlli oldu

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə