Bildiyiniz kimi, Ramil Şeydayevin “Qarabağ”la müqaviləsinin müddəti iyunun 30-da başa çatır.
“Football-plus.az” xəbər verir ki, yığma üzvü hələ də Ağdam klubu ilə yeni müqavilə bağlamayıb. Bunun səbəbləri də bəllidi. Çünki 27 yaşlı futbolçu ilə Rusiya premyer-liqasının təmsilçiləri maraqlanır. Söhbət 4 klubdan - “Spartak”, “Rostov”, “Lokomotiv” və Moskva “Dinamo”sundan gedir. Moskva təmsilçiləri futbolçunun adını maraqlandığı oyunçular siyahısına salıb. “Rostov” isə Şeydayevin meneceri ilə təmasa keçib. “Sarı-göylər” millimizin üzvünə “Qarabağ”dakı maaşından daha çox pul təklif etməklə heyətinə qatmaq niyyətindədi.
Xatırladaq ki, Ramil Şeydayev “köhlən atlar”ın heyətində bu mövsüm 46 matçda meydana çıxıb, 18 qol vurub, 7 məhsuldar ötürmə verib.
İLKİN SULTANLI