Musa bombardirlər siyahısında vahid liderdi

11.03.2023 21:13 377
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Misli premyer-liqasında bu mövsümün bombardirlər siyahısında yenidən liderliyə yüksəlib.

"Football-plus.az" xəbər verir ki, o, buna ölkə çempionatının 26-cı turunda bu gün keçirilən "Səbail"lə matçda (3:0) qol vuraraq nail olub.

Millimizin üzvü bununla da bu mövsüm vurduğu qolların sayını 18-ə yüksəldib və ən yaxın izləyicisi olan komanda yoldaşı Ramil Şeydayevi (17 qol) qabaqlayıb.