• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cokoviçə nəyə görə nifrət edirlər? - YAZI

Manşet / Yazarlar

3-07-2023, 16:0

İstənilən başqa əyləncə sənayesində olduğu kimi, idmanda da baş qəhrəmanları sevirlər.

Hətta onların dönəmi uzun çəkəndə də, hegemonluq kimi görünəndə də. Useyn Bolta səcdə edirdlər. Dünya Maykl Felpsə heyranlıq duyurdu. Hətta supertəzadlı personaj olan Mihael Şumaher də ...Novak Cokoviç qədər tənqid olunmurdu. Bəlkə də də bütün dünya ulduzları arasında ən yüksək antireytinqə malik olan məhz serb tennisçidi. Hərçənd məhz Cokoviç tennisdə ən parlaq ulduzlardan biridi. Məsələn, o, parkda gəzərkən ağır çantası olan yaşlı qadını görən kimi köməyə tələsir. Və ya fasilələrdə yaxınlıqda dayanan topdaşıyan oğlanların və qızların üzərindəki çətiri aşağı salaraq yanında əyləşdirir, onları içkiyə və meyvəyə qonaq edir. Məhz o, Federeri, Nadalı, Şarapovanı ustalıqla parodiya edib. O, sözün əsl mənasında şoumendi, bununla belə, yenə də vəhşicəsinə nifrətlə üzləşir.

Niyə? Cokoviç dünya konyunkturasına həvəssiz uyan azsaylı ulduzlardan biridi. Doğru sözləri deməyi və reveranslar etməyi öyrənib. Ancaq həlledici məsələlərdə geri çəkilmir.

Mənşə

Cokoviç ona qədər tennisdə “at oynadan” adamlarla müqayisədə fərqlidi. Biz çinlilərin və ya yaponiyalıların dünyagörüşünün özəlliklərindən danışanda heç bir sual yaranmır. Novak bəlkə də coğrafi cəhətdən Qərb dünyasına yaxındı, ancaq Yuqoslaviyadan olan adamlarla böyüyüb, uşaqlıqda bombardmanlar və müharibə acısı yaşayıb. Məsələn, Kosovo məsələsi indiyə qədər onun üçün prinsipiallığını qoruyur. Ən azı atası ordan olduğuna görə. Hər şey 2008-ci ildə - Cokoviç parlamaqda olan ulduz kimi Kosovoya səfər edəndə başladı. Dərhal Qərb mediasında bu addımına görə tənqidə məruz qaldı. Yaxınlarda “Rolan Qarros”da kameranın üzərində yazdığı “Kosovo Serbiyanın ürəyidi, zorakılığı dayandırın” sözlərinə görə onu, demək olar ki, bütün siyasi isteblişment tənqid etdi – Fransanın idman nazirindən tutmuş ВВС və CNN kimi aparıcı Qərb mediasına qədər. Onların “mübahisəli” adlandırdığı açıqlama Serbiya Konstitusiyasının ruhuna uyğundu. Gənc, 21 yaşlı Cokoviç 2008-də Avstraluyada – “Böyük dəbilqə” seriyalı turnirdə ilk qələbəsini qazanandan sonra belə demişdi: “Təsəvvür edə bilərsizmi, hansısa ölkədə əsas hissələrindən biri ayrılmaq niyyətini ifadə edir və buna nail olur? Özünüzü necə hiss edərdiz? Tariximizi, dinimizi - əlimizdə olan hər şeyi dağıtmaq istəyirlər”.

Bu da Cokoviçdən növbəti sitat:

“Mən 90-cı illərin Serbiyasında, bir neçə müharibə dönəmində böyümüşəm, çətin vaxtlar idi. Ölkəmizə embarqo qoymuşdular, çörək, süd, ilk tələbat malları üçün növbəyə durmağa məcbur idik. Belə şərait hansı işlə məşğul olmasından asılı olmayaraq, adamları güclü və ambisiyalı edir”.

Peyvənd əleyhdarı

Koronavirusun zirvə dönəmində kütləvi nozofobiyadan (xəstələlənmək qorxusu dəb halını almışdı) əziyyət çəkən Qərb cəmiyyətinin əlində daha bir ciddi dəlil var. Məhz belə vəziyyətdə ictimai şəxs, nüfuzlu brendləri kortda reklam edən, dünyadakı ən vacib idman növlərindən birinin rəmzi olan şəxs elan edir ki, peyvənd olunmaq fikri yoxdu.

O, buna görə hər cür cəfaya dözməyə hazır idi. Məhz peyvənd olunmadığına görə Cokoviçi qalmaqallı şəkildə Avstraliyadan qovdular, ABŞ-da keçirilən turnirləri buraxdı. Bu məsələdə 2020-ci ilin oyununda Cokoviçin xeyir-duası ilə Xorvatiyanın Zadar şəhərində keçirlən “Adria” turnirinin ciddi yoluxma mənbəyi olması da qığılcım rolunu oynadı. Bax, onda tennis ictimaiyyəti Novakı hədəfə aldı, ona Belqrad turnirindəki futbol oyununu və səs-küylü ziyafəti, öpüş və qucaqlaşmaları, turnirdəki dolu tribunaları xatırlatdı. İnternet istifədəçiləri Novaka ölüm arzulayırdılar.

Kovidlə bağlı nifrət dalğası o qədər güclü idi ki, “Böyük dəbilqə” turnirlərinin qalibi, “Australian Open”in sabiq direktoru Pol Maknami Cokonun müdafiəsinə qalxmalı oldu: “Anqlosakson mediasının Cokoviçə münasibəti mənə 1992-ci ildə keçirilən “Uimbldon” turnirində Monika Seleş ətrafında yaranan durumu xatırladır. Serb tennisçini nəyin bahasına olur-olsun, özündən çıxarmaq istəyirlər”.

Britaniya izi

Yəqin indi bu məqamı xatırlayanların sayı azdı, ancaq serb gəncliyində idman vətəndaşlığını Britaniyanın xeyrinə dəyişə bilərdi. Ancaq son nəticədə boyun qaçırdı, üstəlik Britaniya tennisini də tənqid etdi:

“Böyük Britaniyada uşaqları naz içində böyüdürlər. Şərait idealdısa, istədiyin hər şey varsa, tennisin əsl mənasını tuta bilməyəcəksən, lazımi şəkildə işləməyəcəksən. Uğura can atmırsan, ona görə ki, hər şey nimçədə önünə qoyulur. Yetərincə çox pul qazanmağa, özümə məşqçi ilə birgə səyahəti rəva görməyə başladım və qərar verdim ki, Britaniya vətəndaşlığı nəyə lazımdı? Serb olmağımla qürur duyuram, başqa ölkədə şərtlərin daha yaxşı olmasına görə heç nəyi korlamaq istəmədim. Böyük Britaniya adından çıxış etsəydim, əlbəttə, öz ölkəmdə olduğu kimi oynayardım, ancaq qəlbimin dərinliyində həmişə özümü yad hiss edərdim”.

Ola bilsin, britaniyalılar belə yanaşmaya, Cokoviç ailəsinin onların federasiyasını uzun müddət qeyri-müəyyənlikdə qoymasına görə görə yüngülcə inciyib. Qurban tapmağı, illər ərzində onu döyəcləməyi xoşlayan Britaniya mətbuatı Cokoviçi hətta ATP prezidenti, britaniyalı Kris Kermodun qovulmasına görə də ittiham edirdi. Britaniya mətbuatını bütün dünyada oxumaq daha asan və rahat olduğuna görə belə təəssürat yaranır ki, Qərbdə Noleni sevmirlər. Çox güman, “US Open”də baş verən hadisə - yan xətt hakimini topla təsadüfən vurduğuna görə serb tennisçi cəzalandı – də Qərb mediasının əhval-ruhiyyəsinə təsir göstərib. Serb dərhal hakimin yanına qaçdı ki, üzr istəsin, bununla belə, cəzadan qurtula bilmədi. Hər halda, uğurlar nifrəti bir qədər azaldır. Və Cokoviç “Böyük dəbilqə” turnirlərində qələbə sayına (23) görə mütləq rekordçu olandan sonra ona nifrət edənlərin də susması lazımdı. Əlbəttə, bu susqunluq uzun sürməyəcək. İstənilən halda, Novakın idmandankənar həyatı daim mikroskop altında olacaq, doğru olmayan hər addımı ətrafında inanılmaz hay-küy qalxacaq.

ORXAN

Paylaş:
Digər xəbərlər

İdman

29-04-2022, 18:0

Cokoviç Rublevə uduzsa da, liderdi

İdman

8-02-2023, 14:0

Cokoviç bu qədər müddət dünya tennisinin zirvəsində olub

İdman

17-07-2022, 16:0

Cokoviçin sabiq məşqçisinin sözü var…

İdman

10-01-2023, 21:0

Cokoviç və Sobolenko...

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 238
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 197
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə