"Legiya"nın baş məşqçisi Pşemıslav Maletski klubun rəsmi saytına açıqlama verib.
"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis "Qarabağ"ı 2:0 hesabı ilə üstələdikləri yoxlama oyunundan danışıb:
"Rəqibin təzyiqi altında oynayan komandamız haqda daha çox şey öyrəndik. "Qarabağ" çox sürətli və aqressiv oynayırdı. Biz də onlar kimi yaxşı pressinq etdik".