Football-plus.az xəbər verir ki, klubun rəsmi saytına açıqlamasında 46 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşdə oyunçularının performansından razı qaldığını deyib:
“Yaxşı səviyyədə olan meydanda güclü rəqiblə qarşılaşdıq. Qələbəni yüksək qiymətləndirirəm. Matçın əvvəllərində buraxdığımız axmaq qolu nəzərə almasaq, qələbəyə layiq idik. “Qəbələ” ilə oyunda qələbəyə layiq çıxış etdik”.




