• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Murad Musayev: "Sabah"ın Azərbaycanda bənzəri olmayan oyun tərzi var” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

14-06-2023, 20:0

"Sabah"ın çalışdırıcısı Murad Musayev “sport24.ru” saytına geniş müsahibə verib.

Mütəxəssis uşaqlığı, "Krasnodar"dakı fəaliyyəti, Rusiya və Azərbaycanda VAR-ın tətbiqi və başqa mövzular ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırırıq.

- Sizinlə məzuniyyətdə görüşürük, artıq rahatlamısız. Mövsümün sonunda stresslə necə mübarizə aparırsız?
- Oyundan sonra ən optimal varinat yarım həb yuxu dərmanı qəbul edib yatmaqdı. Sonra oyuna təkrar baxmaq, təhlillər aparmaq və hazırlaşmaqdı. Gecələr 2-3 saat yatanda problemlər başlayır, kəskin baş ağrılarım olur. Sonra da bunun öhdəsindən gəlmək çətinlik yaradır.

- Alkoqol kömək etmir?
- Bir qədəh çaxır içmək olar. Amma onda gərək yuxu dərmanlarından istifadə etməyəsən. Bir qədəh şərabla nə yaxşı olacaqsan, nə də pis. Mənə çatmır, hədsiz alkoqol qəbul edib sonra necə məşq etmək olar?!

- İlk dəfə neçə yaşında spirtli içki və tütün qəbul etmisiz?
- 13-14 yaşım olarkən özümdən böyük oğlanlarla içmişdim. "Bir sən də dadına bax" təklifiylə baş vermişdi.

- Nə zaman anladız ki, onlara aludəçilik yaxşı yerə aparmır?
- Mənə evdən nəzarət olmayıb. Düşünürəm ki, rahat siqaret çəkə bilərdim. Necə ki, əksər dostlarım bunu edirdi. Bir dəfə siqaret çəkməyi yoxladım və başım ağrıdı. Həmin vaxtdan bu günə qədər mənə çatmır, siqaret və alkoqoldan necə zövq almaq olar?..

- Krasnodarın "Komsomolskaya" rayonundansız. Orda yaşayan gənclərin çoxunun taleyi niyə qara gətirdi?
- Kimisi alkoqol, narkotik asılılığına görə öldü. Bəziləri narkodispanserdə müalicə aldı, hələ də həbsdə olanlar var. Amma uğur qazanan oğlanlar da az deyil.

- Uşaqlıqda necə əylənirdiz?
- Futbol, basketbol oynayırdım. Gecəyə kimi idman meydanlarını tərk etmirdik. Bəzən partlayıcı maddələr hazırlayıb əylənirdik. Yaratdığımız "bombalar" hərdən başımıza bəla olurdu. Ev yandırır, özümüzə xəsarət yetirirdik. Uşaqlığımızı xatırlayanda necə axmaq olduğumuzu anlayıram.

- "Krasnodar"ın akademiyasında uşaqların təlim-tərbiyəsində çox ciddi olmusuz?
- Bəzən hədsiz ciddi olmuşam. İstəyirdim ki, yetirmələrim yanlız yaxşı oyunçu yox, həm də yaxşı insan olsunlar. Praktiki olaraq bütün yetirmələrimlə isti münasibətim var. Tez-tez mənə haqlı olduğumu yazırlar və buna görə minnətdarlıqlarını bildirirlər.

- "Sabah"ın, yoxsa "Krasnodar"ın futbolçularına rəhbərlik etmək çətindi?
- Hər iki komandaya rəhbərlik etməkdə bəxtim gətirib. "Sabah"da yaxşı kollekliv formalaşıb, onlar inkişaf etmək üçün çox tərləyir. Gənclərlə iş daha asandı. Uşaqlar motivasiya baxımından yaxşıdı. 8.30-da səhər məşqimizdi. Yağışın, qarın olmasına rəğmən, məşq zamanı həmişə xoş əhval-ruhiyyədə olur, işimdən zövq alıram. Sonra nəzəri çalışmalar, axşam məşqi, oyunlar, turnirlər... Bu əsl futboldu.

- Azərbaycanda avtomobil idarəçiliyinin qaydalarından narazısız. Krasnodarda bu baxımdan razı idiz?
- Krasnodarda hər kəsin yol cığırı var, rahat hərəkət edir, avtomobilini sürürsən. Bakıda sürücülər 4 hərəkət zolağına 6 maşın, 3 zolağa isə 5 nəqliyyat vasitəsi sığdırır. Xəbərdarlıq işığını yandırmadan dönürlər. Qısası, burda yol mədəniyyəti yoxdu. Buna uyğunlaşmağım vaxt apardı. Hələ mən yerli mentallığı, ənənəni, mədəniyyəti yaxşı anlayıram. Buna rəğmən, buranın maşın idarə olunması və cərimələri mənə çatmır (gülür).

- Qəzaya məruz qalmısız?
- Bir dəfə. Hərəkət zamanı qızın idarə etdiyi avtomobillə toqquşduq. Maraqlısı da budu ki, mən düşdüm, zərif cins isə avtomobili arxaya verib, hadisə yerindən uzaqlaşdı.

- Bəs Krasnodarda yol polisləri sizi saxlayıb?
- Şəhərdə o qədər də yox. Amma Adıgeyadakı bazamıza tez-tez gedəndə saxlayır və kim olduğumu biləndə dərhal buraxırdılar. Bir dəfə də belə maraqlı hal olmuşdu. Harasa tələsdiyimdən polis saxladı. Məni tanıyırdı. Qayda pozuntusuna yol verdiyimə görə üzr istədim. O isə belə dedi: "Dzyubaya nə olub, o niyə video paylaşıb?" Buna cavab olaraq "mən “Krasnodar”ı çalışdırıram. Dzyuba ilə bağlı nəsə bilmirəm". Yol polisi də gülərək "yaxşı yol” dedi. Burdan bütün Adıgeyanın yol polislərinə salamlarımı çatdırıram.

- Bakı bir şəhər kimi Krasnodarı çox üstələyir?
- Müasir, gözəl memarlığa, miks modernliyə və tarixə malik şəhərdi. Burda "Formula-1" yarışları göydələnlərin yanından start götürür, köhnə şəhər tərəfə qədər irəliləyir. Köhnə şəhərdə isə vaxtilə məşhur sovet filmi "Brilyant əl" çəkilib. Heydər Əliyev Müzeyi də füsunkarlığı ilə seçilir. Onun layihəsini Zahi Hədid verib.

- Siz Zahi Hədidi tanıyırsız?
- Bəli. Amma onun müzeylə bağlı lahiyəsini sonradan bildim.

- Krasnodarda belə mənzərələrə tez-tez rast gəlmirsiz?
- Dünən Krasnodarın mərkəzində gəzirdim. Birəsrlik yaşı olan evləri görüncə, öz-özümə "niyə bunları söküb, yerində parklar salıb, ofislər tikmirlər” dedim. Amma bütün bunlar mənə doğma gəlir. Mənə görə Krasnodardan gözəl şəhər yoxdu. Etiraf edim ki, o gündən-günə gözəlləşir

- "Krasnodar"a legionerləri gətirmək çox çətin idi?
- Bəzilərini dəvət etmək çətin idi. Sergey Nikolayeviç Qalitski (klubun sahibi və prezidenti) bəzən şəxsi vertolyotuyla marağımızda olan futbolçuları stadiondan bazaya qədər gətirərdi ki, şəhərimizin gözəlliklərini görsünlər və onlarda xoş təəssürat oyansın. Çətinliklərdən biri də futbolçuların həyat yoldaşlarını razı salmaqdı.

- "Krasnodar"dakı uğurunuzu "Sabah"da da təkrarladız. Gümüş medalı təmin etdiz, avrokuboka qoşulacaqsız. Uğurunuz barədə danışardız...
- Bakıya gələndə vəziyyət ağır idi. "Sabah" aşağı pillədə yer almışdı. Komandada oyun fəlsəfəsi yox idi. Klub yeni yaradılmışdı, ona görə onların başqalarından seçilməsi vacib idi.

- Yeni komandanıza "Krasnodar"ın fəlsəfəsini aşıladız?
- "Sabah" rəhbərliyi mənim hansı oyun üslubuna üstünlük verdiyimi bilirdi. Ona görə əvvəlcədən necə biri olduğumdan xəbərdar idilər. Mənim 5 müdafiəçiylə oynamağımı təsəvvür etmək çətin idi. Komandaya dəvət olunan futbolçuların çoxu təyinatına uyğun istifadə edilmirdi. Ona görə oyun strukturunu dəyişdik. Amma fəlsəfəmi dəyişmədim. "Sabah"ın Azərbaycanda bənzəri olmayan oyun tərzi var.

- Azərbaycanın futbol səviyyəsi necədi?
- Ən gözoxşayan oyunu ilə seçilən "Qarabağ"dı. Komandanın dəyəri 15 milyondu. Onlar avrokuboklarda da maksimum yaxşı çıxış edir. "Ferentsvaroş", "Sürix", "Nant", "Olimpiakos" kimi komandaları üstələyib, az qala "Gent" səddini də keçirdilər. Doğma meydanda 1:0 qalib olsalar da, səfərdə eyni hesabla yenildilər və penalti seriyasında üzüldülər. Talalayev, Kaleşin kimi məşhur rus mütəxəssisləri elə-belə deməyiblər ki, Qurban Qurbanovun yanında təcrübə keçmək istərdik.

- Bəs siz?
- Yaxşı münasibətimiz var. Amma hazırda rəqibik, ona görə bu mümkün deyil. Gələcəkdə böyük zövqlə, məmnuniyyətlə onun necə məşq keçməsini yaxından izləmək istərdim.

- Azərbaycanda Fransa, İspaniyadan legionerlər daha çoxdu, nəinki Rusiyadan. Rusların ora getməməsinin səbəbi nədi?
- Azərbaycanın futbol bazarı daha çox sequnda və Portuqaliyanın 2-ci liqasında seleksiya aparır. Çünki orda oyunçuların səviyyəsi yaxşı, məvacidi isə azdı. Rusiyadan isə əsasən Azərbaycan kökənli futbolçular üz tutur.

- Sizə tanış futbolçulardan kimsə "Sabah"da oynamaq üçün müraciət edib?
- Bəli, amma müəyyən səbəblərə görə razılığa gələ bilməmişik. Klubun özünə məxsus strukturu var. Hansısa oyunçu əvvəlcə seleksiyaçıların təhlilindən keçir, sonra rəhbərlik onlarla maliyyə şərtlərini müzakirə edir. Bu iki mərhələ uğurla başa çatandan sonra məşqçilər korpusu futbolçunu qiymətləndirib yekun qərar verir.

- Sizi Rusiyada da hakimlər qovurdu, Azərbaycanda da qovur. Problem referilərdədi?
- Həm "Krasnodar", həm də "Sabah" ədalətli oynayır. Nə demək istədiyimi anlamaq istəyən başa düşəcək. Əlavə nəsə danışmaq istəmirəm.

- Rusiyadan gedərkən burdakı VAR-dan sanki canınız qurtardı. Hətta "Azərbaycanda VAR-sız köhnə, doğma futbol vardı və buna çox şad idim" demisiz. Belə mühafizəkarlıq niyə?
- Mən VAR-ın ikiəlli tərəfdarıyam. Bu futbol tarixində ən yaxşı uğurlardandı. Amma Rusiyada bir epizoda 6 dəqiqə baxırdılar. Bunun da nəticəsində oyunda qırılmalar olur. Avropada hansısa epizoda yarım dəqiqədən artıq baxılmır. Baxın, aşağı pillələrdə qərarlaşan və qapalı futbol sərgiləyən komandaya qarşı oynayırsan. Rəqib onsuz da yığcam müdafiə olunmaqda, vaxt uzatmaqda maraqlıdı. Belə olan halda VAR-da ilişib qalmaq rəqibin işinə yarayır. Bunun da faciəsini avrokuboklarda yaşayırıq. Çünki dinamik, sürətli futbolla ayaqlaşa bilmirik. VAR-ın tətbiqiylə bağlı Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Rusiyada hakimlər səhvlərə yol verdikdə bu elan olunur, cəzaları ictimaiyyətə çatdırılır, aşağı liqalara göndərilir, referilikdən qovulur. Ən azı Rusiyada hakimlərin səhvlərini aradan qaldırmaq üçün ciddi işlər gedir. Azərbaycanda isə vəziyyət ağırdı. "Krasnodar"a rəhbərlik edəndə premyer-liqa oyunlarına təyinat alan hər bir hakimin hansı keyfiyyətlərə malik olmasıyla bağlı yetərincə məlumatım vardı. Hansı referi oyunu necə idarə edir, vərəqəyə meyillidimi, sərt oyunlara yanaşması necədi və s. Bunu da futbolçulara çatdırırdıq ki, matç zamanı "qarapaltarlılar”la problem yaşamasınlar. Amma Azərbaycanda hakimlərlə bağlı təhlillər aparmaqda çətinlik çəkirəm. Çünki hər oyunda referi "sürprizlərinə” məruz qalırıq.

- "Krasnodar"ı çalışdıran Vladimir İviçin hazırkı illik məvacibi 2 milyon avrodu. Sizdə nə qədər idi?
- Az idi.

- Komfortlu həyat üçün sizə nə qədər aylıq məvacib lazımdı?
- Ailəm üçün 500 min rubl (6330 dollar).

- Bu yaxınlarda qeyd etmişdiz ki, maddi cəhətdən "Sabah"da ən yaxşı müqaviləyə sahibsiz. Həqiqətən elədi?
- Yaxşıdı. Mən razıyam.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

29-11-2022, 16:0

Murad Musayev: "Çempionluq barədə düşünmürük"

Premyer-liqa

12-11-2022, 11:0

Murad Musayevə PRO kateqoriyası nə vaxt veriləcək?

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 696
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə