Murad Musayevə PRO kateqoriyası nə vaxt veriləcək?

12.11.2022 11:49 478
Premyer-liqa
Murad Musayev Azərbaycanda çalışan ən yaxşı məşqçilərdən biridi.

Football-plus.az xəbər verir ki, rusiyalı mütəxəssis “Sabah”la bu mövsüm çox əla işlər görür. Artıq bütün ölkə “bayquşlar”ı çempionluq mübarizəsində “Qarabağ”ın əsas rəqibi kimi görür. Bunu bacarıb-bacarmayacağını zaman göstərəcək.

39 yaşlı mütəxəssis bir müddət öncə Rusiya mətbuatına geniş müsahibə vermişdi. Gənc çalışdırıcı həmkarlarımıza açıqlamasında bildirmişdi ki, PRO kateqoriyası tezliklə ona təqdim olunacaq. Bu məsələnən üstündən bir aya yaxın müddət keçsə də, səs-soraq yoxdu. Görəsən, Murad Musayevə Rusiya Futbol İttifaqı tərəfindən PRO kateqoriyası verildimi? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. “Sabah” rəsmisi məsələyə belə aydınlıq gətirdi:

“Baş məşqçimizlə bu məsələ ilə bağlı danışdıq. Özü bildirdi ki, noyabrın sonunda ona PRO kateqoriyası veriləcək”.


İLKİN SULTANLI