• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Lion”un yüksəlişinin banisi kim idi? - YAZI

Dünya futbolu

15-05-2023, 19:0

Fransa “Lion”unun əfsanəvi prezidenti Jan-Mişel Olas 36 ildən sonra postunu tərk etdiyini açıqladı.

"Football-plus.az" xəbər verir ki, onun yerini ötən il klub səhmlərinin 75 faizinə yiyələnən amerikalı Con Tekstor tutdu. “Lion”u ölkənin ən yaxşı komandalarından birinə çevirən Olasın həyat tarixçəsinə nəzər salmağa dəyər.

Futboldan heç nə anlamayan birisi 38 yaşında “Lion”u aldı
Jan-Mişel “Lion”u 1987-ci ildə - 38 yaşı olanda ələ keçirdi. Özü də sırf təsadüfən – biznesmen futbolla bağlı fəaliyyət haqda qətiyyən düşünmürdü. Olas “Amibisiyalar” televiziya proqramının daimi qonaqlarından idi. Növbəti efirdən sonra proqramın sponsoru Bernar Tapi ilə birə ziyafət təşkil etdi. Həmin vaxt Tapi artıq bir il idi “Marsel”ə rəhbərlik edirdi, faciəvi durumda olan, Liqa 1-in “zirzəmisində çürüyən” klubu rəmzi 1 franka almışdı. “Lion” da eyni aqibəti yaşayırdı. Borc məngənəsində əzilən klub aşağı dəstədə oynayırdı, titul baxımından isə yalnız üç ölkə kuboku və bir Superkubok ilə öyünə bilərdi. Həmin ziyafətdə Lionun “Le Progres” qəzetinin əməkdaşı Tapidən soruşdu ki, kim “Lion”u unudulmaqdan qurtarmağa qadirdi? Tapi heç düşünmədən Olasın adını çəkdi. Artıq növbəti gün Lion qəzetlərinin manşetini bu sərlövhə bəzədi: “Lion”un yeni prezidenti”.

Jan-Mişel çağırışı qəbul etdi, hərçənd həyəcan da keçirirdi, axı futboldan heç nə bilmirdi. O, dərhal strategiya hazırladı (adı da belə idi – “OL-Europe”). “Lion” bu strategiya sayəsində nəinki Fransa elitasına qayıtmalı, həm də Avropanın aparıcı gücü olmalıydı. İllər sonra etiraf etdi ki, bu strategiya klubun inkişafı ilə bağlı strateji plandan daha çox marketinq gedişi idi. “Lion” çox tez hədəflərinə çatdı. 1988-ci ildə Olas perspektivli Raymon Domeneki baş məşqçi postuna gətirdi və o da debüt mövsümündə klubu elitaya qaytardı. Üç il sonra isə “şirlər” UEFA kubokuna vəsiqə qazanaraq 1/8 finala qədər irəlilədilər.

Uğurun sirri: əfsanələrə yüksək vəzifə, öz stadionu, ağıllı transfer siyasəti

Hər halda, Olasın inkişaf planı var idi. Prezident pulu havaya sovurmadı, klub əfsanələrini “Lion”da saxlamaq hesabına fanat bazasını artırmağa başladı. Sabiq futbolçuların məşqçi və menecer təyin olunması vərdiş halını aldı. Bu proses Domeneklə idman direktoru postuna dəvət olunan Bernar Lyakombdan başladı: hər ikisi “Lion” futbolkasıyla 200-dən artıq oyun keçirib. Olas varislik ideyasına istefasına qədər sadiq qaldı. Prezident Juninyo, Qreqori Kupe, Bruno Jenezio və bir çox başqalarını da oyunçu karyerasını bitirəndən sonra himayə etdi. Uğurun daha bir amili klubun öz stadionuna sahib olmasıdı. Olas 2000-ci illərin əvvəlindən stadionu planlaşdırdı. Onun arzusu 2016-cı ildə gerçəkləşdi. “Lion” indi 60 min yerlik “Qrupama” stadionunda oynayır. Maraqlı məqam odu ki, “Lion” Fransada öz stadionu olan yeganə klubdu. Məsələn” PSJ “Park de Prens”i Parisin hakimiyyət orqanlarından icarəyə götürür və daim onlarla arenanın alınması mövzusunda söyüşür.

Daha bir vacib detal transfer siyasətinin yenidən qurulmasıdı. Olas ulduzların arxasınca qaçmadı, akademiyaya və autsayder oyunçulara yatırım etdi. “Lion”un prezidenti futbolda futbolçuların satılması və alınması ilə məşğul olan transfer komitəsi yaradan ilk prezidentlərdən biridi. Bundan başqa, Jan-Mişel belə bir qayda müəyyənləşdirmişdi: əməkhaqqı xərcləri klubun ümumi dövriyyəsinin 60 faizini aşmamalıydı. Klubun fəaliyyəti bu tavana uyğun gəlməyəndə oyunçuları satmaq lazım gəlirdi. Ancaq liderlərin satılmasının əsas səbəbi “Lion”un futbolçuların real dəyərini aşan hədsiz iştahlı təkliflər alması idi. Bəzən ağlasığmaz məbləğlər Olası da prosesə qoşurdu. 2004-də arzuların komandasını yığan “Çelsi” sonradan bizim “Səbail”ə də gəlib çıxan Maykl Essyeni çağırdı, ancaq “Lion”un prezidenti təklifi rədd edərək oyunçusunu satmadığını bildirdi. Qanalı isterikaya başladı, mövsümöncəsi toplanışı sabotaj etdi. Olas sakit idi. O, Abramoviçlə yəhudi biznesmenin yaxtasında görüşməklə bağlı razılığa gəldi: “Səfərin qeyri-formal xarakter daşıdığını göstərmək üçün tumanda və oğlumun müşayiəti ilə getmişdim. Üç saat ərzində hər şeydən danışdıq, Abramoviçin bəhs etmək istədiyi mövzu istisna olmaqla”. Essyeni yalnız sağollarşarkən yada saldılar. Jan-Mişel dedi ki, onu 40 milyon avrodan aşağı qiymətə satmayacaq. Hərçənd fransalı prezident bilirdi ki, “Çelsi” bu məbləğin heç yarısını da vermək istəmir. Bir həftə sonra londonlular “sındılar” və 22 milyon təklif etdilər ki, bu da artıq dayaq yarımmüdafiəçisinə əvəzedici tapan Olası razı saldı. Bu artıq “Lion” prezidentinin özünəməxsus şakəri idi: oyunçu qəfil parlayırdısa, klub potensial transferi hazırlayır və ona əvəzedici axtarırdı. Təbii ki, son ana qədər top-klubların menecerləri ilə oynamaqla, onların pulunu qamarlamaqla. 2019-un yayında “Lion” Tanqi Ndombeleni satmağa hazırlaşırdı – bu mübarizədə xavbekə görə 45 milyon avro təklif edən “Tottenhem” favorit idi. Ancaq fransalılar razılaşmağa tələsmirdi. Olas müsahibədə deyirdi: “8 gün də gözləsəm, onun qiyməti 80 milyon olacaq”. Prezident gözlədi və Tanqini 62 milyon avroya satdı.

Benzemanı necə satdı, akademiyanı necə əfsanəyə çevirdi?
Ndombele və Essyen yüksək səviyyəli seleksiyanın göstəricisidi, ancaq klub yetirmələrindən də qazanır. Aleksandr Lakazett, Nabil Fekir, Samuel Yumtiti, Antoni Marsyal, Hatem Ben-Arfa, indi parlayan Rayan Şerki – bunlar hamısı klub akademiyasından çıxan futbolçulardı. Olas akademiyaya hər il 8-10 milyon avro ayırırdı. “Lion”un sistemi necə nüfuz qazanıbsa, top-klublar buranın böyüklər səviyyəsində hələ özünü göstərməyən məzunları üçün belə növbəyə düzülürlər. Məsələn, debüt mövsümündə qol+ötürmə sistemi üzrə 12+5 nəticəsini göstərən Marsyal ardından Mançesterə 60 milyon avroya yollandı. Daha bir maraqlı nümunə var: Villem Jebbel “Lion”da cəmi 4 oyun keçirəndən sonra 20 milyon müqabilində “Monako”ya keçdi. Akademiyanın əsas ulduzu isə Olasın xüsusi münasibət bəslədiyi Kərim Benzemadı. Forvardın “Real”a transfer tarixçəsi ibrətamizdi. 2009-cu ildə onun arxasınca təkcə madridlilər yox, daha çox pul təklif edən “Mançester Yunayted” də düşmüşdü. Onda Kərim prezidentin qəbuluna düşərək uşaqlıqdan simpatiya bəslədiyi “Real”ın təklifinin qəbul olunmasını istədi. Olas futbolçunun xahişini nəzərə aldı, hərçənd maliyyə baxımından itirdi.

13 il sonra bu ikili Kərimin laureat olduğu “Qızıl top” – 2022-nin təqdimat mərasimində görüşdü. Benzema çıxışında Olası xatırladı, Jan-Mişel isə ona açıq məktub yazdı: “Sən futbol əfsanəsi, başqa nəsillər üçün nümunəsən. Biz həmişə sənə inanmışıq, dəstəkləmişik”.

Və həqiqətən Olas nəyisə bilirdi: Kərimi satarkən müqaviləyə belə bir bənd saldırmışdı ki, hücumçu “Qızıl top”u qazanarsa, “Real” “Lion”a 1 milyon avro ödəyəcək.

Yeri gəlmişkən, ulduz kənarda qalmadı və Olasın istefasıyla bağlı xəbərə reaksiya verdi. Sosial şəbəkədə hələ “Lion”da oynadığı dövrdə çəkdirdiyi prezidentlə birgə şəklini paylaşaraq “Boss” ifadəsini əlavə etdi.

Olasın strategiyasının möhtəşəmliyinə inanmaq üçün daha bir fakt. “Transfermarkt”a inansaq, “Lion” 1987-ci ildən bəri haqq-hesabda 187 milyon avro irəlidədi, klub 36 il ərzində 434 futbolçu satmaqla milyard qazanıb. Olas bu məqama özünəməxsus şəkildə yanaşır: “Fakt budu ki, “Lion”un yetirmələrinə başqa komandalarda rast gəlmək mümkündü. Bəzən biz elə komandalara uduzuruq ki, demək olar, tam öz yetirmələrimizdən ibarətdi. Elə bu da müəyyən mənada qələbədi”.

Hakim qalmaqallarının mərkəzində olub

Vaxtilə “Lion” hakimlərlə danışığa getməkdə də suçlanıb. Münaqişə 2016/17 mövsümündə, demək olar ki, bütün top-klubların menecerləri Olasa hücum edəndə qızışıb. Bu hücuma “Lion”dan aldığı ev məğlubiyyətindən narazı qalan “Monako”nun sahibi Vadim Vasilyev də qoşulub. “Knyazlar” həmin mövsüm titula iddia edirdilər. Vasilyev məğlubiyyətdən sonra belə demişdi: “Mən hər kəsin düşündüyünü deməyə hazırlaşıram. “Lion” hakimlərin favoritidi. Bu klubun tam heyetlə 10 nəfərə qarşı oynamasıyla bağlı çoxlu hal var. Bu gün təəssürat elə idi ki, biz əvvəlcə 11 nəfərlə 12, daha sonra 10 nəfərlə 12 nəfərə qarşı oynayırdıq” (1-ci hissənin sonunda Bencamen Mendi meydandan qovulmuşdu – red.).

Onun fikirlərini bölüşən “Renn”in prezidenti Rene Ruellonun fikrincə, Olas hakimləri satın almasa da, nüfuzu ilə hakimlər korpusuna təzyiq göstərib, onları mübahisəli vəziyyətləri “şirlər”in xeyrinə təfsir etməyə məcbur edib. Yeri gəlmişkən, “Lion” 2016/17 mövsümündə qazandığı penaltilərin və rəqibə qazandırdığı qırmızı vərəqələrin sayına görə lider idi.

Olas həmin vaxt “Ekip”ə müsahibəsində ona yönələn hücumlara belə cavab vermişdi: “Söhbət yalnız oyunlardan əvvəl hakimləri yaxşı tanımaqdan gedir. Mən ehtiraslıyam, hər şeyə fikir verirəm, sərtəm. Biz hakimlərlə bağlı maskimum statistika əldə etməyə çalışırıq. Bunda neqativ heç bir şey yoxdu. Analitiklərimiz onların özlərini necə apardığını öyrənir, təhlil edirlər. UEFA da bizə avrokuboklarla bağlı məlumat bazası verir, ancaq bu yalnız baş məşqçi və idman direktoru üçün nəzərdə tutulub”.

Ədalət naminə deyək ki, bəzən “Lion” da hakim qərarlarının qurbanı olurdu. 2018-in əvvəlində “Bordo” ilə oyunda qalmaqal qopdu: “şirlər”in cərimə meydançasında özünü yerə atan Malkom penalti qazandı və özü də dəqiq yerinə yetirdi. Olas onda referi Letekseni tənqid etdi və onun bir ay əvvəl “Lion”un xeyrinə səhv penalti verdiyini xatırlatdı.

2021-ci ilin sonunda isə “Marsel”lə derbidə daha böyük qalmaqal qopdu. “Lion”un azarkeşləri stadionda qarışıqlıq yaratdı, Dimitri Payetin başına dəyən su qabı “şirlər”in texniki məğlubiyyətlə cəzalanmasına səbəb oldu. Əlbəttə, Olas qəzəblənmişdi. Həmin oyunun hakimi ona aşağıdakı sözləri deyən prezidentin davranışından gileyləndi: “Yarışlar Peşəkar Futbol Liqasından asılıdı, siz isə Fransa Futbol Federasiyasından. Sizin üçün nə qədər təəssüf doğuran hal olsa da, mən İcraiyyə Komitəsinin üzvüyəm”.

Olası özündən çıxaran məqam bu idi ki, federasiya onun komandasına texniki məğlubiyyət verdi (üstəlik stadionu 2 oyunluq qapatdı və 1 xal çıxdı), halbuki PFL rəhbərliyi oyunun davam etdirilməsini istəyirdi. Nəticədə prezidentə də 5 oyunluq cəza kəsildi.

Daha bir qalmaqal koronavirus dövründə, 2019/20 mövsümü vaxtından əvvəl başa çatdırılanda yaşandı. Çempionat dayandırılanda “Lion” 7-ci yerdə idi ki, bu da yekun nəticə kimi qəbul olundu. Bununla da “şirlər” 23 mövsüm ərzində ilk dəfə avrokuboklardan kənara qaldı. Qəzəbli Olas UEFA-ya müracuiət etdi, federasiya rəsmilərinə “yaramaz” dedi və uşaqlarının canına and içdi ki, “Lion” çempionat dayandırılarkən 2-ci yerdə qərarlaşsaydı, yenə eyni cür davranardı.

Bundan sonra nə edəcək?
Rəsmi informasiya yalnız ondan ibarətdi ki, Olas klubun fəxri prezidenti olacaq, ancaq bu iş yeri yox, əfsanənin əməyinə hörmət əlamətidi. Şayiələrə inansaq, Jan-Mişel Fransanın qadın çempionatının rəhbəri və ya Fransa Futbol Federasiyasının prezidenti ola bilər. Olas qurumun İcraiyyə Komitəsinin üzvüdü, həqiqətən də prezident postuna onun namizədliyi nəzərdən keçirilir. Xüsusən də Noel Le Qrenin qalmaqallı şəkildə bu postdan uzaqlaşdırılması fonunda.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2023, 21:0

36 ildən sonra prezidentlikdən getdi

Dünya futbolu

21-04-2022, 16:0

Bosun aqibəti məlum oldu

Aktual
“Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
“Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Son xəbərlər
  • Bu gün, 21:27
    "Qəbələ" və "Araz-Naxçıvan" qələbə qazandı - YENİLƏNİB
  • Bu gün, 21:07
    Karrik üçün gözlənilən qərar
  • Bu gün, 20:37
    Peres postunu qorumağa çalışacaq
  • Bu gün, 20:04
    “Çox üzgünəm, amma həyat davam edir” – Fizuli Məmmədov
  • Bu gün, 19:43
    “Çünki onların qiyməti artıq bahadı” – Kaxaber Sxadadze
  • Bu gün, 19:27
    Klubunda 17 illik çıxışını başa vuracaq
  • Bu gün, 18:57
    “Şəfa” çempion oldu, "Səbail" xal itirdi - YENİLƏNİB
  • Bu gün, 18:35
    "Araz-Naxçıvan" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 18:21
    “Fənərbaxça”da yenidən Əziz Yıldırım dönəmi başlaya bilər
  • Bu gün, 18:03
    “UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri - FOTO
  • Bu gün, 17:35
    “Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
  • Bu gün, 17:20
    “İnter” 16 ildən sonra “qızıl dubl” etdi! - İCMAL
  • Bu gün, 17:01
    “Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
  • Bu gün, 16:40
    “Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar - İCMAL
  • Bu gün, 16:19
    Emerinin komandası 6-cı dəfə finalda! - İCMAL
  • Bu gün, 15:58
    "Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 15:38
    Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
  • Bu gün, 15:21
    “Karyeramın ən yaxşı dönəmindəyəm” - Sara DÇ-yə yollanmaq arzusu ilə yaşayır
  • Bu gün, 14:54
    Pley-off sürprizlərlə başladı - İCMAL
  • Bu gün, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
Daha çox
Oxunub: 520
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 237
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 205
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 203
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 196
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə