"Zirə" üçüncü yoxlama oyununa çıxır

1.07.2026 11:56 12
Ölkə futbolu
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gələcək.

Ötən mövsümün sonunda superliqanı tərk edən Türkiyə klubu ilə görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

“Zirə” Boludakı ilk matçında Özbəkistan “Novbahor”una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.