Sadiq Məmmədov "gümüş" qazandı - AÇ

1.07.2026 01:24 24
İdman
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yarışın ikinci günündə Sadiq Məmmədov (-73 kq) yeniyetmələr arasında Avropa çempionatının gümüş medalına layiq görülüb.

Yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər.

Yarışın ikinci günündə isə İlkin Qarayev (-66 kq) üçüncü yeri tutub.