Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri

1.07.2026 09:14 15
Dünya futbolu / DÇ 2026
Futbol üzrə dünya çempionatında dünən gecə və bu gün səhər keçirilən oyunlardan sonra 1/8 finala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

Bunlar Fransa və Meksikadı. Fransa İsveç, Meksika Ekvador üzərində inamlı qələbə qazanıb.

Fransa – İsveç 3:0
Kilian Mbappe, 45; 74. Bredli Barkolya, 53.

Meksika – Ekvador 2:0
Xulian Kinyones, 22. Raul Ximenes, 31.

Fransa 1/8 finalda Paraqvay, Meksika isə İngiltərə - Konqo DR oyununun qalibi ilə qarşılaşacaq.

DÇ-də bu gün daha iki 1/16 final oyunu keçiriləcək:

20.00. İngiltərə - Konqo DR
00.00. Belçika - Seneqal