"Zirə" Türkiyə klubuna məğlub oldu

30.06.2026 23:15 15
Ölkə futbolu
“Zirə” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Iğdır”la üz-üzə gəlib. Matç rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski dubla imza atıb. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.

“Zirə” Boludakı ilk matçında Özbəkistan “Novbahor”una 1:3 hesabı ilə uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul