"Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ

1.07.2026 01:54 26
Ölkə futbolu
“Səbail” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, son olaraq “Karvan-Yevlax”da çıxış etmiş Vüsal Məsimovla "1+1" illik müqavilə imzalanıb.

Ötən mövsüm premyer-liqada 17 oyuna çıxan və 2 qol ötürməsi ilə yadda qalan 26 yaşlı cinah müdafiəçisi 2024/25 mövsümündə “Səbail”də çıxış edib.