Topu özü ilə apardı

1.07.2026 00:58 16
Dünya futbolu
Usman Dembele Norveç ilə oyundan sonra diqqəti cəlb edən hərəkəti ilə də gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu Norveç üzərində qazanılan 4:1 hesablı qələbədə het-trik etdiyi matçın topunu özü ilə paltardəyişmə otağına aparıb. Beləliklə, o, karyerasındakı daha bir het-trik etdiyi oyunun topunu şəxsi kolleksiyasına əlavə edib.

Fransa qrup mərhələsini lider kimi başa vurub. Usman isə 7, 20 və 32-ci dəqiqələrində qol vurmaqla dünya çempionatındakı qollarının sayını 4-ə çatdırıb.