• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” səddi yenə “Çelsi” üçün keçilməz oldu - REPORTAJ

Dünya futbolu

25-04-2023, 12:0

Aprelin 18-dəki oyundan öncə “Stemford Bric”in audio sistemində yaşanan nasazlıq üzündən ÇL-in himni səslənmədi. “Çelsi”nin möcüzəvi geridönüş edəcəyinə onsuz da inam çox deyildi. Amma ədalət naminə qeyd edək ki, komanda öz meydanında heç də pis təsir bağışlamayaraq ən azı alqış qazandıl.

Madrid nəhəngi oyuna o qədər inamlı başlamadı. “Zadəganlar” cinahlardan yaxşı istifadə edirdi. Hissənin ortalarında Kante yaxın məsafədən topa istədiyi kimi zərbə endirə bilməyərək ilk şansı boşa verdi. Fasilə ərəfəsində isə “Çelsi” bəlkə də oyundakı ən gözəl fürsətdən yararlana bilmədi. Ceymsin ötürməsindən sonra qapıçı meydançasında topu qəbul edən Kukurelyaya özünü topun qarşısına atan Kurtua mane oldu. “Real”ın isə ilk yarıda ən yaxşı fürsətini Vinisius boşa verdi. İkinci hissə də eyni ssenari ilə başladı. “Çelsi” rəqib müdafiəsini təzyiq altında saxlayırdı.

Komandanın vuracağı 1 qol həm oyunun, həm də cütün taleyini dəyişə bilərdi. Amma Kante yenə fanatları sevindirə bilməyərək yaxın məsafədən topu Militaoya nişanladı. Bundan sonra meydan sahibləri sanki özləri də qələbəyə inamı itirdilər və komandanın barıtı tükəndi. Dünyada əks-hücumlardan bəlkə də ən yaxşı yararlanan komanda olan “Real” 58-ci dəqiqədə məhz bu şəkildə hesabı açdı. Rodriqonun mükəmməl keçidindən sonra hücumun sonunda Vinisius paxıllıq etməyərək onun özünə fərqlənmək şansı yaratdı. Sterlinq, Mudrik və Felişin meydana çıxması da “Çelsi”ni “həyata qaytarmadı”.

“Real” meydanda özünü o qədər rahat hiss edirdi ki, ikinci qoldan öncə 30-dan (!) çox dəqiq ötürmə verdi. Mükəmməl kombinasiyanın sonunda matçın ən yaxşısı seçilən Valverde Rodriqonun topu boş qapıya göndərməsinə şərait yaratdı. Beləliklə, “Kral klubu” ardıcıl 2-ci mövsüm “Çelsi”ni 1/4 finalda mübarizədən kənarlaşdırdı. “Real” üçün yeganə qanqaraldıcı məqam Militaonun sarı vərəqə alaraq yarımfinal ərəfəsində cəzalı duruma düşməsi oldu.

oyunun statistikası
17 (6) qapıya (“çərçivə”yə) zərbə 9 (6)
8 künc zərbəsi 2
2 ofsayd 2
16 qayda pozuntusu 8
3 (0) sarı (qırmızı) vərəqə 1 (0)
52 topa sahibolma (faizlə) 48

Faktlar
* “Çelsi” Lempardın təyinatından sonra keçirdiyi 4-cü rəsmi oyundan da məğlubiyyətlə ayrıldı! Bu, XXI əsrdə klubun ən pis seriyasıdı. Londonluların ardıcıl 4 məğlubiyyətinə sonuncu dəfə 1993-də rast gəlinib. Hazırda “Çelsi”nin rəsmi matçlarda qələbəsiz seriyası 7 oyuna bərabərdi (2 heç-heçə, 5 məğlubiyyət).
* “Çelsi” tarixində cəmi 2-ci dəfə ÇL-in pley-offunda hər iki qarşılaşmanı qol vurmadan tamamladı. İlk belə hal 2004/05-in yarımfinalında “Liverpul”la dueldə yaşanmışdı (evdə 0:0, səfərdə 0:1).
* “Real” son 13 mövsümdə hamıdan çox - 11-ci dəfə ÇL-in yarımfinalına yüksəldi. Komanda ardıcıl 11-ci dəfə 1/4 final səddini aşmağı bacardı. Madrid nəhəngi bu mərhələdə sonuncu dəfə 2003/04-də “Monako” ilə dueldə mübarizəni dayandırıb (evdə 4:2, səfərdə 1:3).
* Ançelotti məşqçi karyerasında 9-cu dəfə ÇL-in yarımfinalına adlamaqla Xosep Qvardiolaya məxsus rekordu təkrarladı (dünənki oyun nəzərə alınmayıb).
* Final da daxil olmaqla “Real” ÇL-in pley-offunda keçirdiyi ardıcıl 6-cı görüşdə qalib gəldi. Bu, klub tarixinin yeni rekordudu! Maraqlıdı ki, bu qələbələrin hamısı premyer-liqa klubları ilə oyunlarda əldə olunub: 1-i “Mançester Siti”yə, 3-ü “Liverpul”a, 2-si “Çelsi”yə qarşı.
* Benzema ÇL-də 150-ci oyununu keçirdi. Bu göstəricidə o, yalnız Kriştiano Ronaldo (183), Kasilyas (177), Messi (163) və Xavidən (151) geri qalır. Bundan başqa, Benzema “Real”ın heyətində ÇL-də 131-ci oyununu keçirməklə Raulu geridə qoydu və klubun tarixində sahə oyunçuları arasında liderliyi ələ keçirdi. Fransalı forvard bu göstəricidə yalnız Kasilyasdan (150) geri qalır.
* Kroos avrokuboklarda 150-ci oyununu keçirməklə buna nail olan 17-ci futbolçu oldu.
* ÇL Rodriqonun sevimli turniridi. Braziliyalı vinger bu turnirdə keçirdiyi 37-ci oyunda vurduğu qolların sayını 15-ə çatdırdı. Maraqlıdı ki, “sambaçı” İspaniyada daxili turnirlədə keçirdiyi 114 oyuna da məhz elə 15 top vurub!

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Çempionlar Liqası

13-03-2023, 16:0

“Borussiya” “Stemford Bric”də “ağ bayraq qaldırdı” - REPORTAJ

Dünya futbolu

20-08-2022, 22:0

“Çelsi”də ciddi itki

Maraqlı

14-03-2023, 17:0

''Stemford Bric''də iftar süfrəsi təşkil olunacaq

Dünya futbolu

28-04-2022, 15:0

Tuxel Ris Ceymsin səhhəti barədə məlumat verdi

Dünya futbolu

5-05-2022, 16:0

"Real" "Çelsi"nin oyunçusu ilə razılaşdı

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 167
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə