Zlatan İbrahimoviç növbəti dəfə bəxtsizlik yaşayıb.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın hücumçusu A seriyasının 31-ci turunun “Leççe” ilə matçında (2:0) yenidən sıradan çıxıb.
O, isinmə hərəkətləri zamanı baldır əzələsində ağrı hiss edib və meydana çıxa bilməyib.
Xatırladaq ki, uzun müddətdi zədədən əziyyət çəkən 41 yaşlı futbolçu ötən ay sıraya qoşulsa da, martda yenidən zədələnmişdi. O, bir neçə gün əvvəl zədəsini bərpa edərək komanda ilə məşqlərə başlamışdı.
Zlatanın son zədəsindən sonra İtaliya mətbuatında onun karyerasını başa vuracağı haqda xəbərlər yayılıb.