39 yaşlı qapıçı təcrübəsinə yaraşmayan səhvlərə yol verərək futbol ictimaiyyətini pis mənada təəccübləndirdi. Kabo Verde və Səudiyyə Ərəbistanına qarşı oyunlarda səhvə yol verən ''Qalatasaray''ın sabiq üzvü İspaniyaya qarşı qrupun son oyununda da ''ənənəni'' davam etdirincə baş məşqçi Marsel Byelsa tərəfindən fasilədə əvəzləndi. Nəticədə Uruqvay qrupdan çıxa bilmədi və Byelsa qovuldu. Halbuki ikiqat dünya çempionu bu turnirə heç də pis heyətlə gəlməmişdi. Muslera karyerasını ''Estudiantes''də davam etdirir və bu günlərdə tətilini başa vuraraq bu klubun düşərgəsinə qoşulduqda fanatlar ona ciddi dəstək veriblər.
Ünlü əlcək sahibi keçirdiyi hissləri belə ifadə edib:
''Bu cür qarşılanmaq mənə həm üzüntü, həm də sevinc bəxş etdi. Tək fanatlar yox, klubda hər kəsdən dəstək gördüm. Eləcə də DÇ-nin ardından komanda yoldaşlarımdan dəstək mesajları aldım. Açığı, futbolun nə vaxtsa, mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim. Həqiqətən də çox çətin günlər keçirdim. Nələr yaşandığını, bunların nələrə səbəb olduğunu bilirəm. Amma bunun öhdəsindən necə gəlmək lazım olduğunu da bilirəm. Həmişə demişəm ki, bu cür çətinliklərin daha çox olmasını istəyirəm. Çünki onlar məni daha da gücləndirir. Mən bu cür insanam və meydan oxumaları bu cür şəkildə qarşılayıram''.





