• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya” “Stemford Bric”də “ağ bayraq qaldırdı” - REPORTAJ

Çempionlar Liqası

13-03-2023, 16:0

Ötən həftə Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşdi.

İlk oyunda evdə uduzan komandalardan nə “Brügge”nin geridönüşə gücü çatdı, nə də PSJ-nin. Səfərdə uduzub evdə qisas almalı olanlardan yalnız “Çelsi” qarşıya qoyulan hədəfə çatdı. 180 dəqiqə ərzində “Milan”ın qapısına yol tapa bilməyən “Tottenhem”in isə bu mövsümlük avrokubok macərası başa çatdı. Qeyd edək ki, 1/4 finalın digər iştirakçılarının adına önümüzdəki həftədə aydınlıq gələcək.

“Çelsi” üçün bu, faktiki mövsümün qalan hissəsinə intriqa və maraq qatmaq baxımından son şans idi. Çünki komanda digər turnirlərdə mübarizəni dayandırmış, premyer-liqada isə heç bir iddiası qalmamışdı. Elə Qrehem Potterin də uğursuzluq təqdirində istefaya göndəriləcəyi istisna edilmirdi. İlk yarını meydan sahiblərinin hesabına yazmaq olar. “Borussiya” topa daha çox sahib olsa da, yalnız Roysun cərimə zərbəsi ilə Kepanı narahat edə bildi. Əks-hücumlarda yaxşı təsir bağışlayan “Çelsi” isə rəqib müdafiəsini gərginlikdə saxlamağı bacarırdı. Epizodların birində “Stemford Bric” ayağa qalxmağa yaxın idi. Amma Havertsin yaxın küncə endirdiyi zərbə dirəyə tuş gəldi. “Zadəganlar”ın təzyiqi fasilə ərəfəsində bəhrəsini verdi. Sol cinahdan ötürməni qəbul edən Sterlinq “Borussiya”nın ikinci qapıçısı Mayeri topu tordan çıxarmağa məcbur etdi. Cütün taleyini həll edən qol ikinci hissənin əvvəllərində vuruldu. “Borussiya” fanatları bu epizoda görə, yəqin ki, Danni Makkelini hələ uzun müddət xatırlayacaq. Niderlandlı hakim əvvəlcə VAR-la məsləhətləşdikdən sonra topun Volfun əlinə dəyməsi üzündən penalti təyin etdi. Hərçənd premyer-liqanın özündə dəfələrlə belə epizodlar zamanı oyun davam etdirilib. Buna qədər karyerası ərzində dortmundlulara qarşı keçirdiyi 8 rəsmi oyunun hamısında qol həsrət qalan Haverts topu dirəyə nişanladı. Amma Makkelli yenə oyuna müdaxilə etmək qərarına gəldi. Zərbədən əvvəl hər iki komandanın üzvləri cərimə meydançasına daxil olduğundan, o, Havertsə ikinci şans verdi. Almaniya yığmasının üzvü yenə topu eyni küncə - qapıçıdan sola göndərdi və bu dəfə fürsəti boşa vermədi. İtiriləsi bir şeyi qalmayan “Borussiya” üstünlüyü ələ keçirərək irəli atıldı. Amma “arılar” real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdilər. Kepa faktiki sona qədər ciddi şəkildə oyuna qoşulmadı. Terziçin əvəzetmələri də bir işə yaramadı və meydan sahibləri özlərinə sərf edən hesabı qorumağa müvəffəq oldular. Düzdü, bu cür nəticənin ədalətli olub-olmaması ətrafında çox müzakirə aparmaq olar. Amma reallıq budu ki, “Borussiya” evə, “Çelsi” isə 1/4 finala yollandı!

Faktlar

* “Çelsi” 2023-cü ildə keçirdiyi 13-cü rəsmi oyunda cəmi 3-cü qələbəsini qazandı (4 heç-heçə, 6 məğlubiyyət). Komanda bu təqvim ilində ilk dəfə bir oyuna 1-dən artıq qol vurdu! Londonlular əvvəlki 12 qarşılaşmada cəmi 5 dəfə fərqlənmişdilər.
* Potter ÇL-in pley-offunda mərhələ adlayan cəmi 2-ci ingiltərəli məşqçi kimi tarixə düşdü. Daha öncə bunu 2010/11-də ''Tottenhem''in başında Harri Rednapp bacarmışdı.
* Potter ÇL-də bir mövsümün gedişində 5 qələbəyə sevinən cəmi 2-ci ingiltərəli məşqçi oldu. Daha öncə bunu 2002/03-də ''Nyukasl''ın başında Bobbi Robson bacarmışdı.
* ''Çelsi'' ÇL-in pley-offunda 5-ci dəfə ilk oyunda uduzduğu halda mərhələni adlamağı bacardı. Bu, turnirin rekordunun təkrarı deməkdi. ''Barselona'', ''Yuventus'' və ''Real'' da eyni göstərici ilə öyünə bilər.
* Sterlinq ÇL-də 27-ci qolunu vurdu. O, bu turnirdə ən məhsuldar ingiltərəli oyunçuların siyahısında yalnız Ueyn Runidən (30) geri qalır.
* ''Borussiya''nın rəsmi matçlarda 10 oyunluq qələbə seriyası qırıldı.
* ''Borussiya'' tarixində cəmi 3-cü dəfə avrokubokların pley-offunda ilk görüşdə evdə qalib gəldiyi halda mərhələni adlaya bilmədi.
* ''Borussiya'' İngiltərədə keçirdiyi ardıcıl 6-cı oyunda məğlub oldu.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

8-03-2023, 02:0

"Çelsi" və "Benfika" 1/4 finalda - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

16-02-2023, 01:0

"Borussiya" və "Benfika"dan qələbə - YENİLƏNİB

Dünya futbolu

23-02-2023, 21:0

Premyer-liqa 2014/15 mövsümündən sonra...

Çempionlar Liqası

15-02-2023, 12:0

Çempionlar Liqasını necə izləyək?

Dünya futbolu

28-10-2022, 20:0

“Çelsi”nin Potterlə müsbət statistikası

Çempionlar Liqası

3-11-2022, 21:0

Di Matteonun yolu ilə gedir

Aktual
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
Son xəbərlər
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 155
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 134
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə