• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” “Bernabeu”dan sərfəli nəticə ilə qayıda bilmədi - REPORTAJ

Reportaj / Çempionlar Liqası

17-04-2023, 21:0

Real – Çelsi 2:0 (1:0)
Real (Madrid, İspaniya): Kurtua, Karvaxal, Militao, Alaba, Kamavinqa (Rüdiger, 71), Valverde, Kroos (Çuameni, 84), Modriç (Sebalyos, 81), Rodriqo (Asensio, 71), Vinisius, Benzema.
Çelsi (London, İngiltərə): Kepa, Ceyms, Fofana, Silva (Maunt, 85), Kulibali (Kukurelya, 55), Çiluell, Kante (Qallaher, 75), Fernandes, Kovaçiç, Feliş (Çaloba, 65), Sterlinq (Haverts, 65).
Qollar: Benzema, 21 (1:0). Asensio, 74 (2:0).
Vərəqə: Fofana, 5. Kamavinqa, 7. Militao, 83. Karvaxal, 87. Kovaçiç, 87 – sarı. Çiluell, 59 – qırmızı.
Hakim: Fransua Letesye (Fransa).
12 aprel. Madrid. 63142 tamaşaçı.

Bu mövsüm məşqçiləri əlcək kimi dəyişən, heç cür böhrandan çıxa bilməyən, premyer-liqada məhsuldarlıq baxımından son 100 ilin ən zəif dönəmini keçirən “Çelsi”, gözlənildiyi kimi, “Real”la açıq futbol oynamaqdan çəkindi. London təmsilçisi “Santyaqo Bernabeu”da əsas gücünü müdafiəyə verdi. Hərçənd Lempardın komandası ilk 10-15 dəqiqədə pis təsir bağışlamadı. Hətta oyunun əvvəllərində Felişin qol vurmaq üçün yaxşı fürsəti oldu. Amma Kurtua komandasını xilas etdi. Tədricən üstünlüyü ələ keçirən ÇL-in son qalibi hissənin ortalarında hesabı açdı. Karvaxalın gözəl ötürməsindən sonra Vinisius topu saxlamadan qapıya göndərdi. Kepa zərbəyə mane olsa da, topu əlində tuta bilmədi. Belə anlarda rəqibləri əfv etməyən Benzema özünü yetirərək topu boş qapıya göndərdi. “Çelsi” cavab hücumundaca “Bernabeu”nu şoka salmağa yaxın oldu. Ceymsin ötürməsindən sonra Sterlinq yaxın məsafədən topu yaxın küncə yönəltdi. Amma Kurtua son anda qola mane oldu. “Blankos” fasilədən sonra da meydanda ağalıq edən tərəf idi. Onsuz da matçın böyük hissəsində müdafiə olunan və topsuz ora-bura qaçmaq məcburiyyətində qalan “Çelsi”nin işi 59-cu dəqiqədə daha da qəlizləşdi. Çiluell qapıçı ilə duelə yollanmağa hazırlaşan Rodriqonu cərimə meydançası həndəvərində yıxdığına görə birbaşa qırmızı vərəqə aldı. Bu üzdən son yarım saatda oyun, demək olar, bir qapıya getdi. “Zadəganlar” bu nəticə ilə ikiəlli razı idilər. Amma komanda 0:1-i də qoruya bilməyərək daha bir top buraxdı. Asensio meydana çıxandan cəmi 3 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirdi. Son saniyələrdə Mauntun əlinə fərqi azaltmaq üçün gözəl fürsət düşsə də, özünü topu qarşısına atan Rüdiger “Bernabeu”nun və komanda yoldaşlarının alqışını qazandı. Beləliklə, “Çelsi” Lempardın qayıdışından sonra ardıcıl 2-ci oyunda qol buraxmadan uduzdu. Tarixdə “Çelsi”nin 2 topluq fərqi aradan qaldırıb mərhələ adlamasına, “Real”ın isə 2 topluq üstünlüyü əldən verib mübarizəni dayandırmasına rast gəlinib. Amma etiraf edək ki, gələn həftə bu “Çelsi”nin bu “Real”ı keçməsi möcüzəyə bərabər olar...

oyunun statistikası
18 (9) qapıya (“çərçivə”yə) zərbə 8 (3)
3 künc zərbəsi 3
1 ofsayd 0
10 qayda pozuntusu 10
3 (0) sarı (qırmızı) vərəqə 2 (1)
54 topa sahibolma (faizlə) 46

Faktlar
* “Real” ÇL-in pley-offunda ardıcıl 31-ci ev oyununda qol vurmağı bacardı. Pley-offda “Bernabeu”da qol buraxmayan sonuncu komanda 2010/11-in yarımfinalında “Barselona” olub. Bu, eyni zamanda Madrid nəhənginin ÇL-də son 67 ev matçında qol vura bilmədiyi yeganə oyundu!
* Ançelotti “Real”ın başında ÇL-də 47-ci oyunda 35-ci qələbəsini qazandı. Bununla da italiyalı mütəxəssis “Real”la bu turnirdə ən çox qələbə qazanan məşqçilərin siyahısında Visente Del Boskeni (60 oyuna 34 qələbə) geridə qoyaraq 2-ci pilləyə yüksəldi. Ançelotti yalnız Migel Munyosdan (41) geri qalır.
* Benzema ÇL-də vurduğu qolların sayını 90-a çatdırdı. O, yalnız Levandovski (91), Messi (129) və Kriştiano Ronaldodan (140) geri qalır.
* Benzema ÇL-də son 14 qolun hamısını pley-off qarşılaşmalarında, son 11 qolun hamısını isə İngiltərə klubları ilə görüşlərdə vurub! Ümumilikdə o, avrokuboklarda ingilislərlə oyunda 20 dəfə fərqlənib və bu göstəricidə yalnız Messidən (27) geri qalır.
* Benzema “Real”ın heyətində ÇL-də 130-cu oyununu keçirməklə Raula çatdı. Fransalı forvard bu gösəricidə yalnız Kasilyasdan (150) geri qalır.
* Vinisiusun ÇL-də keçirdiyi son 20 oyunda hesabında 10 qol və 10 məhsuldar ötürmə var.
* Asensio ÇL-də sonradan meydana çıxaraq 9-cu qolunu vurmaqla turnirin özünə məxsus olan rekordunu bir qədər də yaxşılaşdırdı. Bu göstəricidə 2-ci pillədə hərəyə 7 qol vuran Sulşer, Benzema və Tomas Müller qərarlaşıb.
* “Çelsi” ardıcıl 4-cü rəsmi oyunda qol vura bilmədi. Sonuncu dəfə belə hal 1993-ün noyabrında yaşanmışdı.
* Kante bu mövsüm cəmi 5-ci rəsmi oyununu keçirdi. O, bu qarşılaşmalardan 4-də fərqli məşqçilərin başçılığı altında meydana çıxıb!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

DÇ 2026

15-02-2023, 13:0

“Real”ın 5-ci, Avropanın 15-ci uğuru - Klublararası dünya çempionatı

Dünya futbolu

9-02-2023, 20:0

Benzema ilə Militaonun şansı olacaq

Dünya futbolu

10-03-2023, 22:0

“Çelsi”də kütləvi ayrılıq olacaq

Dünya futbolu

29-01-2023, 17:0

2018-dən bəri ilk dəfə

Çempionlar Liqası

31-05-2022, 17:0

ÇL-in rəmzi komandası açıqlandı - FOTO

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə