• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Möhtəşəm üçlük” ilə aradakı uçurum - KÖŞƏ

Manşet / Yazarlar

14-04-2023, 12:0

Misli premyer-liqasının 29-ci turunun oyunlarının bitməsiylə bir məsələ dəqiqləşdi. Həmin məsələ də ondan ibarətdi ki, bu mövsmün mükafatçılarının üçünün də adına aydınlıq gəldi.

Finişə 7 tur qalmasına baxmayaraq, “Qarabağ”, “Sabah” və “Neftçi” ilk üç yeri özü üçün təmin edib. Qalır kubokun sahibinin adını bilmək. İlk “üçlüy”ün məlum olması həm də o deməkdi ki, yayda Azərbaycanı avrokuboklarda məhz bu komandalar təmsil edəcək. Növbəti turlarda onlardan hansının Çempionlar Liqasına, hansıların isə Konfrans Liqasına gedəcəyini də biləcəyik. Düzdü, indi çox az adam “Qarabağ”ın növbəti çempionluğunu qazanacağına şübhə edir. “Köhlən atlar” qızıl medallara doğru inamla addımlayır. Nə “Sabah”, nə də “Neftçi” bu yürüşü əngəlləyəcək gücdədi. Amma məsələ rəsmiləşmədiyinə görə bu barədə danışmaq da tezdi.

Mən “Qarabağ”, “Sabah” və “Neftçi”nin avrokuboklardakı perspektivinə də toxunmaq istəmirəm. Çünki həmin vaxta qədər çox dəyişiklik baş verə bilər. Xüsusən də “Sabah”la “Neftçi”nin düşərgəsində. “Ağ-qaralar”ın rumıniyalı baş məşqçisini və bir çox legioneri yola salması şəxsən mənim üçün heç də təəccüblü olmaz. Bir müddət əvvəl Müşahidə Şurasının rəhbərliyində və üzvləri arasında kardinal dəyişikliklər olan paytaxt klubunda yayda böyük islahatların aparılacağı gözləniləndi. Buna görə də “Neftçi”nin ölkəmizi avrokuboklarda necə təmsil edəcəyini proqnozlaşdırmaq çox çətindi. Elə “Sabah”la bağlı da eyni sözləri demək olar.

Düzdü, klubun Müşahidə Şurasında dəyişiklik yoxdu, sponsoru və rəhbərliyi də yerindədi. Heç rusiyalı baş məşqçi Murad Musayevin də “isti yerini” tərk edəcəyi inandırıcı görünmür. Amma heyətlə bağlı eyni düşüncədə olmaq çətindi. Güman etmək olar ki, avrokuboklarda uğurlu çıxış etmək arzusunda olan Musayev rəhbərliyin qarşısına transferlərlə bağlı konkret tələblər qoyacaq, bütün xətlərin güclənməsini istəyəcək. Bu isə hazırkı heyətdən də kimlərinsə yola salınacağından xəbər verir. Məhz bu səbəblərə görə komandalarımızın avrokubok perspektivlərindən danışmaq istəmirəm.

Toxunmaq istədiyim mövzu başqadı. Çempionatın qalan 7 iştirakçısının mükafatlara iddiasının belə tez bitməsi, ilk üç komanda ilə başqaları arasında böyük uçurumun olması heç də yaxşı hal deyil. “Kəpəz”lə “Turan Tovuz”u başa düşmək olar. Bu iki komanda hazırda davam edən mövsümün debütantlarıdı. Qısa müddətdə formalaşan qərb təmsilçiləri qarşılarına böyük hədəflər qoymayıb, elitada yerlərini qoruyub, mövsümü başa vurmaq arzusundadılar. Elə “Şamaxı”nı da bu sıraya əlavə etmək olar. Baxmayaraq ki, bu komanda “Keşlə”nin bölgəyə köçürülməsi sayəsində yaranıb. Amma məşqçilər korpusundan tutmuş heyətə qədər indiki “Şamaxı”nı əvvəlki “Keşlə”yə bənzədən heç nə qalmayıb. Deməli, “Şamaxı”nı da “Kəpəz”lə “Turan Tovuz” kimi üzürlü saya bilərik. O başqa məsələ ki, dünyanın heç yerində debütantlar belə dəlili əsas gətirib, mövsümü yola verməklə məşğul olmaz, “elitada yerimizi qoruyaq, kifayətdi” prinsipi ilə strategiya qurmaz. Azərbaycanın da öz reallıqları var.

Bu üç komandanın arxasında sığınacağı bəhanəsi varsa, “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail”ə hazırkı acınacaqlı vəziyyətə görə haqq qazandırmaq olmaz. “Qarabağ”ı bir kənara qoyaq. Ağdam təmsilçisinin heyəti, büdcəsi, tərcrübəsi Azərbaycan səviyyəsini çoxdan aşıb. Bəs “Sabah” və “Neftçi”ylə rəqabət aparmağa nə mane olur? Nə üçün normal büdcəyə, çoxsaylı legionerlərə sahib komandalar yerli-yersiz xal itirib, çempionatın iddiasız iştirakçısına çevrilib? Xüsusilə də “Səbail”lə “Sumqayıt”ın durumu xeyli düşündürücüdü. Bu iki komanda mövsümün əvvəlindən “zirzəmi”də lövbər salıb, premyer-liqanı tərk etmək qorxusuyla yaşayır. Uzun müddət özünü 4-cü sırada rahat hiss edən “Zirə” sonuncu məğlubiyyətdən sonra həmin pilləni də əldən verib, “Qəbələ”dən geri düşüb. Avrokuboklara iddia edən qəsəbə təmsilçinin Anar Nəzirov kimi qapıçının ümidinə qalması bir başqa dərddi. İllərin təcrübəlisi olan qapıçının Qəbələdə topu tutandan sonra qapı xəttindən içəridə yerə düşməsi həm gülməli idi, həm də ağlamalı.

Heç “Qəbələ”nin də durumu ürəkaçan deyil. “Qırmızı-qaralar” qeyri-sabit qrafikdən əziyyət çəkir ki, bunun da nəticəsində bu gün 3-cü sıradakı “Neftçi”dənz 21 xal (!) geri düşüblər. Rəqabətin olmaması, ortababların belə tez “ağ bayraq qaldırması” isə Azərbyacan çempionatı üçün heç də xoş mənzərə deyil. Ümid edək ki, gələcəkdə bu uçurum aradan qalxacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Ölkə futbolu / Manşet

26-05-2022, 22:0

Klublarımızın avrokubok oyunları üçün stadion seçimi - SİYAHI

Premyer-liqa

6-08-2022, 23:0

Misli premyer-liqasının 2-ci turunun oyunlarının vaxtı bəlli oldu

Aktual
Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Son xəbərlər
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 23:22
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
  • Dünən, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:16
    Anomal istilik, güclü yağışlar, tornado, meşə yanğınları... - təbii fəlakətlər dünya çempionatına təhlükə yaradacaqmı?
  • Dünən, 18:40
    39 yaşında da klubuna gərək oldu
  • Dünən, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Dünən, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Dünən, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Dünən, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Dünən, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Dünən, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Dünən, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Dünən, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Dünən, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Dünən, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Dünən, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Dünən, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Dünən, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Dünən, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Dünən, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Dünən, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Dünən, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Dünən, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Dünən, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Dünən, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Dünən, 10:52
    A seriyasında yeni təyinat
Daha çox
Oxunub: 727
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 475
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 254
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 196
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 194
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə